Vaşinqton Hilton Otelində atıcı Cole Allen hücumdan əvvəl ailə üzvlərinə sui-qəsd planlarını izah edən bir manifest göndərib. Bu barədə Fox News jurnalisti Jaklin Heynrix X-də yazıb. Xəbərə görə, Ağ Ev və Məxfi Xidmət rəsmiləri də CBS News-a manifest barədə danışıblar. Heynrixin sözlərinə görə, Allenin qardaşı hadisədən əvvəl atıcının ailə üzvlərinə göndərdiyi bir manifest barədə Konnektikut ştatının Nyu London şəhər polisinə məlumat verib. Orada Allen ABŞ prezidenti Donald Trampın administrasiyasındakı rəsmiləri öldürməyi planlaşdırdığını yazıb.
Jurnalist həmçinin Məxfi Xidmətin Allenin bacısı Avriana ilə müsahibə apardığını bildirib. O, qardaşının tez-tez radikal açıqlamalar verdiyini və müntəzəm olaraq atış poliqonuna getdiyini söyləyib. Bacısının sözlərinə görə, Allen özünü 19-cu əsrin ortalarında köləliyin ləğvini müdafiə edən gənclər qrupu olan Wide Awakes hərəkatı ilə eyniləşdirib. Avriana həmçinin qardaşının Kaliforniyada Tramp əleyhinə "Krallar yoxdur" küçə nümayişlərində iştirak etdiyini bildirib.
SAMİRƏ