ABŞ danışıqlara mane olduğuna və ya münaqişəni qızışdırdığına inandığı İranın müəyyən liderlərinə birbaşa zərbələr endirməyi nəzərdən keçirir. Bu barədə CNN telekanalı məlumat yayıb.
Xəbərə görə, hədəf olaraq göstərilənlər arasında əsas namizəd SEPAH-ın baş komandanı Əhməd Vəhididir. Daha sonra siyahıda İran Ali hərbi şurasının sədri, İran ali dini rəhbərinin hərbi məsələlər üzrə müşaviri Yəhya Rəhim Səfəvi, İran Təhlükəsizlik və müdafiə şurasının katibi Məhəmməd Zülqədr, İran ali rəhbərinin hərbi məsələlər üzrə müşaviri Möhsen Rzayi yer alıb.
Kanalın mənbəyi izah edib ki, Vəhidi və İran hərbi elitasının adıçəkilən digər üzvləri danışıqları fəal şəkildə pozan "maneəçilər" kimi qəbul edilir.
SAMİRƏ