Saxta “Erməni Soyqırımı qurbanlarının” xatirəsinə keçirilən ənənəvi məşəl yürüşünün iştirakçıları Türkiyə bayrağını yandırıblar.
Sputnik Armenia-nın xəbərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvandakı Respublika Meydanında Türkiyə bayrağının yandırılmasına reaksiya verərək bunu "gərginlik yaradan təxribatçı addım" adlandırıb. "Baş nazir Nikol Paşinyan bu hərəkəti məsuliyyətsiz və qəbuledilməz hesab edərək pisləyir. Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılmasını dövlət başçısı fərqli qiymətləndirə bilməz", - deyə baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan bildirib.
SAMİRƏ