Tankerlərin Hörmüz boğazından keçməsi üçün ödəniş variantlarından biri sanksiyalardan yayınmaqla İran mallarının alınması ola bilər.
Bu barədə İranın Moskvadakı səfiri Kazem Cəlali RİA Novosti-yə bildirib.
O qeyd edib ki, şərtlər əldə edilən razılaşmalardan asılı olacaq və müxtəlif variantları əhatə edə bilər.
"Razılaşmaların formatından asılı olaraq, keçid üçün kompensasiya tranzit üçün ödəniş, ixrac və idxalı təmin etmək üçün kredit xətlərinin açılması, eləcə də İran məhsullarının alınması üçün zəmanətlər və mövcud sanksiya mexanizmlərindən kənarda hesablaşmalar daxil ola bilər", - deyə o bildirib.
SAMİRƏ