şənbə günü, 21 noyabr 2026
     

Molla rejiminin çökmə ehtimalı artır, Pəhləvi dəstək axtarışında…

Image


ABŞ prezidenti Donald Tramp bildirib ki, İranın müxalifət fiquru Rza Pəhləvi çox xoş biri kimi görünür, amma onun İranda yetərincə dəstək toplayıb hakimiyyəti ələ ala biləcəyinə əmin deyil. Tramp Oval ofisdə "Reuters"ə müsahibədə İranın dini hakimiyyətinin çökə biləcəyi ehtimalından danışıb.

Bundan əvvəl Tramp dəfələrlə İranda etirazçılara zorakılığın qarşısını almaq üçün müdaxilə ilə hədələyib. Etirazlarda minlərlə insanın öldürüldüyü bildirilir. Pəhləvi barədə Tramp deyib: "O, çox xoş biri kimi görünür, amma öz ölkəsində necə qarşılanacağını bilmirəm. Və biz hələ o mərhələdə deyilik. Mən onun ölkəsinin onun liderliyini qəbul edib-etməyəcəyini bilmirəm. Əlbəttə, əgər qəbul etsəydilər, bu, mənim üçün problem olmazdı". "Reuters" yazır ki, Tramp ötən həftə Pəhləvi ilə görüşmək planının olmadığını deyirdi. Amma onun 1979-cu ildə hakimiyyətdən devrilmiş İran şahının oğluna tam dəstək verməməsi Pəhləvinin İranı idarə etmək qabiliyyətini açıq şəkildə sual altına alması kimi qiymətləndirilir. 65 yaşlı Pəhləvi ABŞ-da yaşayır. İran müxalifəti bir-biri ilə rəqabət aparan qruplar və ideoloji cərəyanlardan ibarətdir, Pəhləvini dəstəkləyən monarxistlər də onlardan biridir. İranın özündə bu qrupların heç biri təşkilatlanmayıb. Tramp onu da deyib ki, Tehrandakı hökumətin etirazlardan dolayı süqutu mümkündür, əslində istənilən rejim çökə bilər: "Çöküb-çökməməsindən asılı olmayaraq, maraqlı bir zaman kəsimi olacaq". Qeyd edək ki, doğulduğu gündən İran taxtının varisi kimi yetişdirilən Rza Pəhləvi, 1979-cu il inqilabı atasının monarxiyasına son qoyanda ABŞ-da qırıcı təyyarə pilotu hazırlığı keçirdi. O, uzaqdan atasının vaxtilə Qərb müttəfiqləri tərəfindən dəstəklənən Məhəmməd Rza Şah Pəhləvinin başqa ölkədə sığınacaq tapmaqda çətinlik çəkdiyini və sonda Misirdə xərçəng xəstəliyindən vəfat etdiyinin şahidi idi. Hakimiyyətin qəfil itirilməsi gənc vəliəhd və ailəsini vətəndaşlığı olmayan, sürgündə yaşayan az sayda monarxiya tərəfdarlarının və xeyirxah insanların dəstəyinə möhtac vəziyyətdə qoydu. Sonrakı onilliklərdə ailə bir neçə dəfə faciə ilə üzləşdi. Onun kiçik bacısı və qardaşı öz həyatlarına son qoydular, bu isə Rza Pəhləvini tarixə qovuşduğu düşünülən bir sülalənin simvolik başçısı elədi. İndi isə Rza Pəhləvi yenidən ölkəsinin gələcəyinin formalaşmasında rol almağa çalışır.

1960-cı ilin oktyabrında Tehranda anadan olan Rza Pəhləvi əvvəlki iki nikahdan kişi varis dünyaya gəlmədikdən sonra şahın yeganə oğlu idi. O, imtiyazlarla əhatə olunmuş bir mühitdə böyüyüb, xüsusi müəllimlər tərəfindən təhsil alıb və erkən yaşlardan monarxiyanı qorumaq üçün hazırlanıb. 17 yaşında qırıcı təyyarə pilotu kimi təlim keçmək üçün Texas ştatına göndərilib. Lakin vətənə qayıdıb xidmət etməmişdən əvvəl inqilab atasının hakimiyyətini devirib. O vaxtdan bəri Rza Pəhləvi ABŞ-da yaşayır. O, politologiya təhsili alıb, İran əsilli amerikalı hüquqşünas Yasminlə evlənib və üç qız övladı böyüdüb. Bir çoxları Pəhləvilər dövrünü sürətli modernləşmə və Qərblə daha sıx əlaqələr zamanı kimi xatırlayır. Digərləri isə bu dövrü senzura, qorxu və müxalifəti susdurmaq üçün istifadə edilən, insan haqları pozuntuları ilə tanınan SAVAK gizli polisi ilə əlaqələndirir. İllər ərzində onun İrandakı populyarlığı dəyişkən olub. 1980-ci ildə Qahirədə simvolik tacqoyma mərasimi keçirərək özünü şah elan edib. Bu addım praktiki baxımdan ciddi təsir göstərməsə də, bəzi tənqidçilər bunun onun hazırkı demokratik islahat mesajına zərər verdiyini deyirlər. O, 2013-cü ildə yaradılan Azad Seçkilər üçün İran Milli Şurası da daxil olmaqla, bir neçə müxalif koalisiya formalaşdırmağa cəhd edib. Lakin onların əksəriyyəti daxili fikir ayrılıqları və İran daxilində məhdud təsir imkanları səbəbindən uğur qazana bilməyib. 2022-ci ildə Məhsa Əmininin polis nəzarətində öldürülməsi ölkə miqyasında etirazlara səbəb oldu və bu hadisə Pəhləvini yenidən medianın diqqətinə gətirdi. Onun İran müxalifətinin parçalanmış qüvvələrini birləşdirmək cəhdi beynəlxalq aləmdə ehtiyatlı maraq doğursa da, nəticədə dinamikanı qoruyub saxlaya bilmədi. Tənqidçilər bildirirlər ki, o, dörd onillik sürgün həyatına baxmayaraq, hələ də dayanıqlı bir təşkilat və ya müstəqil media platforması formalaşdıra bilməyib. 2023-cü ildə İsrailə etdiyi mübahisəli səfər – bu səfər zamanı Holokostu anma tədbirində iştirak etməsi və baş nazir Benyamin Netanyahu ilə görüşməsi – ictimai rəyi daha da qütbləşdirdi. Bəzi iranlılar bunu praqmatik diplomatik addım kimi dəyərləndirdi, digərləri isə İranın ərəb və müsəlman müttəfiqlərini özündən uzaqlaşdıran bir hərəkət hesab etdi.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
Bakıda narkotik həblər satanlar saxlanıldı, aralarında bir vəkil də var - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

20.11.2026 / 13:18
Lukaşenko kənd təsərrüfatı nazirini söydüyünü etiraf etdi - sonra ondan üzr istəyirəm...

20.11.2026 / 13:03
Vyetnam Azərbaycanda səfirlik açır...

20.11.2026 / 12:51
Jurnalistlər üçün müsabiqə elan edildi

20.11.2026 / 12:36
ABŞ-da hakerlər “Visa”, “Mastercard” və “JPMorgan Chase” müştərilərinin məlumatlarını ələ keçirdi…

20.11.2026 / 12:21
Sahibə Qafarova Qurbanqulu Berdiməhəmmədovla görüşdə iştirak edib

20.11.2026 / 12:14
Uşaqların energetik içkilərə marağı artır – nəzarət gücləndirilə bilər...

20.11.2026 / 12:01
Media və Yayım Şurasının müsabiqələrinin keçirilməsi qaydalarında yenilik edildi

20.11.2026 / 11:50
İspaniya futbolunun dörd nəhəngi İstanbulda üz-üzə gəlir

20.11.2026 / 11:37
Jurnalist müsabiqəsində sosial media aktivliyi də nəzərə alınacaq - YENİ QAYDA...

20.11.2026 / 11:23
Keçmiş təhsil nazirinə yeni vəzifə verildi...

20.11.2026 / 11:09
Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər - Ombudsmandan təklif...

20.11.2026 / 10:54
Bu halda media subyektinə yardım dayandırılacaq...

20.11.2026 / 10:36
Sülhə mane olan sənəd Ermənistanın rəsmi saytlarında açılmır

20.11.2026 / 10:18
Prezident İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ