Cümə günü, 09 oktyabr 2026
     

Paşinyan sülh əvəzinə müharibəyə sürüklənir

Image


Fransa hakimiyyəti hazırkı Ermənistan iqtidarını Qərbdəki siyasi təxribat qruplarının qanlı planları üçün açıq şəkildə maşa halına gətirib çıxarıb. Hazırda Parisdə keçirilən Olimpiada Oyunlarında yerli publikanın fitə basdığı, siyasi imici yerin dibinə girən və ən dəhşətlisi hazırda Fransa boyda ölkəni Ermənistan kimi xırda "quberniyanın" maraqları üçün alətə çevirən Emmanuel Makron var gücü ilə rəsmi İrəvanı Qafqazda ikinci Ukrayna halına gətirməyə çalışır. Özü kimi iradəsiz və istənilən təxribat planı üçün alət olmağa hazır olan Nikol Paşinyanı da yanına qoşan Yelisey Sarayının hazırkı sahibi, bu qanlı planlar üçün Avropa İttifaqını da ortaqı halına gətirə bilib. 

Avropa İttifaqının Ermənistana vəd etdiyi 270 milyon avro QAN PULU...

Diqqət edin: Avropa İttifaqının Ermənistana qarşıdakı dörd ildə 270 milyon avro, ABŞ-ın  isə 65 milyon dollar "yardım" ayırması acından gəbərən, sosial səfalət içində çapalayan erməni əhalisi üçün nəzərdə tutulan hansısa xeyirxahlıq addımı deyil. Bu "yardım paketi" birbaşa erməni əhalisinin növbəti qanlı toqquşmada başını aldatmaq üçün ayrılan QAN PULUDUR. Onlar heç kimə havayı pul bağışlamırlar. Yəqin Ermənistanda salınacaq yeni-yeni məzar daşları üçün öncədən ayrılan "təsəlli puludur". Çünki .Avropa İttifaqının (Aİ), ABŞ-ın Ermənistana vəd etdikləri  yüz milyon dollarlıq  "yardımlar"ın əsas məqsədi erməni əhalisinin sosial baxımdan Avropaya inteqrasiyası üçün deyil,  məhz Cənubi Qafqazı yenidən  hərbi poliqona, qarşıdurma məkanına çevirmək üçündür.

Hələ Laçın sərhəd buraxılış- keçid məntəqəsi  yaradılanda, Avropa İttifaqının Ermənistanın sərhəd bölgəsində  hadisələri durbinlərlə  "müşahidə edən" mavi gödəkçəli erməni havadarlarının çıxardıqları  oyunlar yaxın aylarda baş verən   Qərbin ikili standartlar şousunun təzahürü idi. Hələ canım sənə desin Cənubi Qafqazda  sülhün bərqərar olmasına,  Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması üçün   Avrora İttifaqı  Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən üçtərəfli görüşlərdəki  "səmimiyyət səhnələrini" də unutmamışıq. Hər şeyi yaxşı xatırlayırıq.

Qərbdəkilər ikili  oyunlara, sülh əvəzinə müharibə planlarına ara vermirlər... 

Artıq son günlərdə  Ermənistan ordusunun  Azərbaycanın mövqelərini atəşə tutması pərdəarxası təxribat planlarının işə salındığını da sübuta yetirir. Brüsseldə, Parisdə nə planlaşdırblarsa onu da işə salırlar. Açıq görünən odur ki, Qərbdəkilər ikili   oyunlara, sülh əvəzinə müharibə planlarına bir an da ara vermirlər. Oksfordda keçirilən  "Avropa Siyasi Birliyi"nin  dördüncü Sammiti çərçivəsində  Prezident İlham Əliyevlə görüşməkdən yayınan N.Paşinyan əslində aldığı tapşırıq əsasında hərəkət edir. Bir ara sülh sazişi barədə nağıllar səsləndirən və bununla həm yerli erməni əhalisinin rəğbətini qazanmaq həm də rəsmi Bakının etibarına sahib olmağı düşünən Nikol Vavayeviç, bu gün daha hansısa diplomatik bəhanə uydurmağa, özünü əziyyətə salıb "sül göyərçini" cildinə girməyə ehtiyac da duymur. Əslində hələ  aprelin  5-də Brüsseldəki ABŞ,  Avropa İttifaqı (Aİ) və Ermənistan arasındakı üçtərəfli görüşdən məlum oldu ki,  nə Qərb, nə də ABŞ  bölgədə sülh tərəfdarı deyillər.  Onların niyyətləri Cənubi Qafqazı geosiyasi qarşıdurma poliqonuna  çevirmək,  Suriya, Ukrayna  təcrübələrinin bu  bölgədə  təkrarlamasına nail olmaqdır.

Hər oyuncağa uşaq kimi sevinən Ermənistan...

 ABŞ dövlət katibi Antoni Blinkenin Brüsseldə Aİ-ABŞ-Ermənistan üçtərəfli görüşündən əvvəl söylədiyi  "Biz Ermənistan xalqının gələcəklə bağlı baxışlarını bölüşürük və bu ölkənin güclü, müstəqil və qonşuları ilə sülh şəraitində yaşamasını və region ilə əlaqələnməsini istəyirik. ABŞ və Aİ bu səylərinin həyata keçməsində tərəfdaşdır" sözləri də pərdələmə siyasətindən başqa bir şey deyildi. Açıq görünən odur ki, rəsmi İrəvanı bölgədəki maraqları üçün stukaçıya çevirən ABŞ-Aİ cütlüyü müxtəlif  bəhanələrlə sülh  sazişinin imzalanmasına  əngəllər törədirlər. Rusiyanı Cənubi Qafqazdan çıxarmaq istəyən Aİ və ABŞ hər oyuncağa uşaq kimi sevinən Ermənistandan istifadə edərək xam məhsul kimi, istədikləri səmtə uyğun  idarə edirlər. 

Əlbəttdə, Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşdırılması, iki ölkə arasında şərti dövlət sərhədinin delimitasiyası, demarkasiyası, yekun sülh sazişinin imzalanması, nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı danışıqları davam etdirmək əzmindədir. Lakin N.Paşinyan hökümətinin son addımları bu siyasi reallığı ortaya qoyur ki, Ermənistan iqtidarı beynəlxalq siyasi oyunçuların əlində maşa rolunu oynayır və onun sülh sazişi barədə müstəqil mövqeyi ola bilməz. Axı N.Paşinyan sülh əvəzinə müharibəyə sürüklənir...

Mətləb Salahov

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

08.10.2026 / 17:03
Noyabrın 1-dək üzvlük haqqını ödəməyənlər Yazıçılar Birliyindən xaric edəcək - XƏBƏRDARLIQ...

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ