Bazar günü günü, 11 oktyabr 2026
     

Heydər Əliyevdən sonra... Prezident İlham Əliyev Putinə nə deyib?

Image


Sülhməramlıların Azərbaycan ərazisindən çıxarılması ilə bağlı qərarın qəbul olunmasından sonra Prezident İlham Əliyevin Rusiyaya səfəri mühüm əhəmiyyət daşıyırdı. Bu, ölkələr arasındakı əlaqələrin gələcək perspektivlərinin müəyyənlşdirilməsi, Qafqazın bundan sonrakı taleyinin necə olacağının aydınlaşdırılması baxımından da vacib idi. Prezident İlham Əliyevin Rusiyada yüksək səviyyədə qarşılanması, ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə göstərilən böyük ehtiram, Prezident Putinin görüşlərdəki səmimi jestləri Rusiyanın Azərbaycanı etibarlı tərəfdaş, Cənubi Qafqazın söz sahibi, İlham Əliyevi isə dünyada və regionda baş verən proseslərə ciddi təsir imkanına malik lider kimi qəbul etdiyinin göstəricisidir. 

Ölkələr arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyəyə çatması Prezident İlham Əliyevin apardığı uğulu siyasətin nəticəsidir. Dövlətimizin başçısı son illər daxili və xarici təzyiqlərə baxmayaraq, şimal qonşumuzla münasibətlərin gərginləşdirilməsinə gətirib çıxaracaq heç bir addım atmadı. Beynəlxalq güclər, proseslərin gedişindən xəbəri olmayan yerli siyasətçilər Rusiyaya qarşı sanksiyalara qoşulmaq çağırışı etsə də, Azərbaycan Prezidenti milli maraqlarımıza uyğun siyasət yürütdü. İlham Əliyev bəzi hallarda Rusiyanın kaprizlərinə, Azərbaycan əleyhinə fəaliyyətinə təmkinlə yanaşdı, uğurlu diplomatik gedişlərlə bütün təhlükələri dəf edə, şimal qonşumuzu tamamilə neytrallaşdıra bildi.

Rusiya böyük dövlətdir. 2022-ci ildən sonra dünyanın demək olar ki, əksər qüdrətli ölkələri Rusiyaya qarşı birləşsə də, onu məğlub edə bilmir. Rusiya ilə münasibətlərin korlanması ölkəmizə yaxşı heç nə vəd etmir. Ukrayna nümunəsi göz qabağındadır. İki il bundan öncə rahat, firavan həyatını yaşayan Ukrayna xalqı bu gün od içində yanır. Ukraynanın böyük bir hissəsi darmadağın edilib. Müharibə qurtardıqdan sonra Ukraynanın bərpasına azı 20 il vaxt lazımdır. İqtisadi itkiləri uzun bir vaxtdan sonra bərpa etmək olacaq, ancaq müharibdə öldürülən yüz minlərlə ukraynalının həyatını geri qaytarmaq mümkün deyil.

Bəs Azərbaycanda nə baş verdi? Prezident İlham Əliyev siyasətə səhnədən gəlmədiyindən, yetkin siyasətçi olduğundan onu aldada bilmədilər. Dövlətimizin başçısı hələ 10 il bundan əvvəl dünyanın hara getdiyini görürdü. Onun 10 il bundan əvvəl atdığı addımlar, yürütdüyü siyasət bu günə hesablanmaşdı. Qərbin, Şimalın "Dirijor çubuğu" ilə deyil, milli maraqlarımızın diqtə etdiyi istiqamətdə hərəkət etməyimiz Azərbaycan xalqının tarixdə misli görünməmiş uğurlar qazanmasına gətirib çıxardı. Bu gün Azərbaycan son 100 il ərzində suverenliyini tam bərpa etmiş, son 200 ildə ilk dəfə qalib ölkə statusu qazanmış qüdrətli dövlətə çevrilib. Son 100 ildə ilk dəfədir ki, ölkəmizin ərazisində başqa bir dövlətin ordusu yoxdur. Və biz bu uğurlara Prezident İlham Əliyevin dərin zəkası, diplomatik məharəti sayəsində nail olmuşuq. Rusiya ilə münasibətlərin gərginləşdirilməməsi, əksinə, əlaqələrin daha da inkişaf etdirilməsi, Rusiya-Türkiyə əlaqələrinin indiki səviyyəyə gəlib çatmasında Azərbaycan liderinin rolu regional təhlükəsizliyin təmin olunmasına da öz töhfəsini verir.

Prezident İlham Əliyev ilk dəfə idi ki, suverenliyimizi əlimizdən alan ölkəyə suverenliyini tam bərpa etmiş dövlətin lideri kimi getmişdi. Doğrudur, antiterror əməliyyatından, Xankəndidə bayrağımızın ucaldılmasından sonra Azərbaycan öz suverenliyini bərpa etmişdi. Ancaq sülhməramlı da olsa, ölkəmizin ərazisində başqa dövlətin ordu hissələri var idi. Ona görə də ölkəmizin suverenliyinin möhkəmləndirilməsinə təhdid yaranmışdı. Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılmasından sonra suverenliyimiz tam bərpa edilməklə yanaşı, həm də möhkəmləndirildi. Məhz bu prosesdən sonra Prezident İlham Əliyevin suverenliyini tam bərpa etmiş ölkənin lideri kimi ilk Rusiyaya səfər etməsi həm böyük rəmzi məna daşıyır, həm də Rusiyaya və bütün dünyaya ciddi mesajdır. Bu o deməkdir ki, bir dövr qapandı, indi qüdrətli Azərbaycan var və bizim ölkəmizlə hesablaşmaq zamanıdır.

Dövlətimizin başçısının Prezident Putinlə görüşdə səsləndiridiyi bu fikirlər Azərbaycanın indiki mövqeyini davam etdirməsinin Rusiyada asılı olduğuna işarədir: "Ölkələrimiz arasında əməkdaşlıqdan, qarşılıqlı fəaliyyətdən çox şey asılıdır. Biz qarşılıqlı fəaliyyət və qarşılıqlı maraqlar ruhunda etimad tədbirlərinin, əməkdaşlığın, qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə və bütün məsələlərin nizamlanmasına çalışırıq".

Ölkəmizin rəhbəri Rusiya liderinə açıq şəkildə deyib ki, bundan sonra da milli maraqlarımıza cavab verməyən heç bir addım atılmayacaq, heç bir fəaliyyət qəbul edilməyəcək. Yəni Rusiya Azərbaycanı itirmək istəmirsə, Cənubi Qafqazla bağlı ambisiyalarından əl çəkməli, regionda tərəf tutmamalı, ədalətli olmalı, bizim suverenliyimizə təhdid yaratmamalıdır.

Prezident İlham Əliyev çıxışında Cənubi Qafqazda Rusiyanın maraqlarına zidd addımlar atılmayacağına, başqa qlobal güclərin regiona buraxılmayacağına da işarə edərək bu sözlərlə Rusiya liderinə təminat verib: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir".

Digər dünya liderləri kimi, Putin də sözü imzası qədər keçərli olan Azərbaycan Prezidentinə inanır, ona etibar edir.

Bütün bunları ümumiləşdirərək deyə bilərik ki, Azərbaycanla Rusiya arasında əlaqələr yeni dövrə qədəm qoyur. Bu dövr əvvəlki dövrlərdən fərqlənir. İndi Azərbaycan Rusiya ilə tam bərabərhüquqlu əməkdaşlıq münasibətləri qurur.

Rusiya lideri Putinin bu səfər zamanı Azərbaycan Prezidentinə göstərdiyi yüksək diqqət, ehtiram və səmimi münasibət heç nəyin əvvəlki kimi olmayacağını deməyə əsas verir.

Keçmiş Sovetlər Birliyi məkanında Heydər Əliyevdən sonra Rusiyanı rəhbərlik etdiyi ölkənin maraqlarına uyğun siyasət aparmağa, dövlətinin milli maraqlarını nəzərə almağa vadar edən, xalqının istəklərini mərhələ-mərhələ yerinə yetirən yeganə LİDER İlham Əliyevdir.

Mənə elə gəlir, bu fotonun çəkildiyi vaxt İlham Əliyev Putinə deyir ki, nəhayət, mən atamın daha bir vəsiyyətini yerinə yetirdim, suverenliyini tam bərpa etmiş Azərbaycanı qurdum. Putin isə deyir ki, Siz də atanız kimi, regionun inkişafına böyük töhfələr verirsiniz. Yeni dövr dövlətimiz və xalqımız üçün daha uğurlu olacaq.

Tural Səfərov



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ