Bazar günü günü, 11 oktyabr 2026
     

Ermənistanın sürükləndiyi FƏLAKƏT DALANI...

Image


Ermənistanı qızışdırıb sülh sazişi əvəzinə müharibəyə təhrik edənlər nə qədər həyasızlaşsalar da, Azərbaycanın qətiyyətli mövqeyi qarşısında açıq-aşkar fiaskoya uğrayırlar. Bu, qəlib cümlədən ibarət fikir deyil, tam real siyasi proseslərin gün kimi ortada olan siyasi tablosudur. Bölgədə sülh əvəzinə xaos və müharibə ortamı gətirmək üçün bütün diplomatik ədəb-ərkanı bir yana atan Avropa İttifaqı, Fransa və digər qərb gücləri bütün cəhdlərində qara qəpiyə dəyən nəticə qazanmayıblar. Baxın: bir sıra qərb KİV-lərinin, xüsusilə erməni mediasının həftələrdir ətrafında ajiotaj yaratmaq üçün dəridən-qabıqdan çıxdıqları Brüssel şousu da puç oldu getdi. Ümidlərini Brüssel görüşünə bağlamışdılar...

44 günlük zəfər savaşından sonra sülhə gəlmək əvəzinə qisasçılıq üçün alışıb yanan erməni siyasi təxribatçı dairələri və Cənubi Qafqazdakı hazırkı situasiyanı Rusiya əleyhinə çevirməyə çalışan qərb dairələri bu dəfə də güclü Azərbaycan faktoru qarşısında aciz qaldılar. İqtisadi və siyasi güc balansı Ermənistanın çox-çox üzərində qərar tutan Azərbaycana qarşı "diş keçirmək" cəhdləri elə gözlərindəcə qalmış oldu. Onlar "üçlük zirvəsindən" böyük hərbu pakt, başgicəlləndirici maliyyə yardımı, iqtisadi dəstək gözləyirdilər. Amma verdikləri qəpiklərin belə hesabını soruşan qərb donorları, tarix boyu regionda stukaçılıq rolu oynamış Ermənistana belə yağlı ənamı boşuna vermək istəmirlər: "təxribat, qanlı ssenarilər reallaşdır, al ənamını" deyirlər.
 Xüsusilə regionda Rusiya vassalından imtina etmək, Vladimir Putinə diş ağartmaq da qərbdəkilərin Nikol Paşinyan höküməti qarşısında qoyduğu şərtlər sırasındadır. Yüz illərdir Rusiyanın vassalı kimi yol gələn, zaman-zaman rus çarlarının Cənubi Qafqazdakı digər xalqlara qarşı qanlı təxribatları üçün istifadə etdikləri Ermənistan, bu gün öz xidmətini qərbdəkilərə də təklif edir. Bu hal Ermənistan üçün yeni deyil. Zaman-zaman türklərin, ingilislərin, bölgədə güc göstərən digər qüvvələrin xidmətinə girmək üçün quyruq bulayan ermənilərə indi rusları fransızlara, amerikalılara dəyişmək qətiyyən çətin vərdiş kimi görünmür. Onsuz da bütün əsrlərdə ermənilər ayağısürüşkən qadın obrazını məharətlə yerinə yetiriblər. İndi bunu bir daha təkrarlasalar nə olasıdır....
 Brüssel görüşündə Ermənistanı qanlı ssenarilərə sürükləmək üçün açıq gedişlər, pafoslu bəyanlar edilməsə də, amma artıq lokal təxribatlar üçün sanki düymə basılmış haldadır. Çünki Brüssel görüşü keçirilən gün Azərbaycan Ordusunun mövqeləri düz 30 dəfə atəşə tutulub. Aprelin 6-da isə 16 dəfə müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub. Aprelin 7-si saat 17:15 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub. Avropa İttifaqının Ermənistandakı "mülki" missiyası da bütün bunları sadəcə "müşahidə" edir, görməməzliyə vurur. Əlbəttdə, Aİ-nın məqsədi sülhü bərpa etmək deyil. Onları bura daha qaranlıq "mülki" işlər üçün yollayıblar...

Hələ bütün bunlar azmış kimi Ermənistan Xarici İşlər Nazirliyi ölkəmizi məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirməkdə təqsirləndirir. Əsl erməni həyasızlığı, başqa heç nə! Şübhəsiz, Ermənistanın törətdiyi təxribatlar bu ölkənin təcavüzkar mövqeyindən əl çəkməməsinin, erməni xislətinin hələ də dəyişməməsinin əyani sübutudur. Nikol Paşinyanın Ermənistanı indi də başqa bir qanlı təxribat üçün oyun mərkəzindədir...

Siyasətlə yaxından-uzaqdan maraqlanan hər kəs də əla bilir ki, rəsmi İrəvanı israrla Azərbaycanla qanlı toqquşmalara sürükləyən, Ermənistanla Rusiyanı qarşı-qarşıya gətirmək üçün var gücü ilə oyunlar quran Fransa prezidenti Emmanuel Makrondur. Məhz bu şəxs bütün dünyada Fransanın bihörmət dövlət kimi biabır olmasından sonra var gücü ilə Cənubi Qafqazda Ermənistanın vasitəsi ilə məkrli oyunlar oynamağa qərar verdi. Və ilk hədəfi də 44 günlük zəfər savaşında tarixi qələbəyə imza atıb 30 illik erməni işğalına son qoyan, müstəqil siyasət yürüdən, bölgədə Türkiyə ilə birgə təhlükəsizlik şəraiti yaradan Azərbaycan oldu.

Qitənin bir sıra yerlərindən hörmətsizcəsinə qovulan, beynəlxalq tribunalarda indiyədək heç bir Fransa prezidentinin yaşamadığı rəzil və alçaldığıcı münasibət görən E.Makron Fransası, açıq şəkildə Ermənistanı qanlı planlar üçün poliqona çevirməyi hədəfləyib. Əlbətdəki, ac-yalavac N.Paşinyanın gözqamaşdırıcı milyonlarla avro dəstlərini qoxulayıb ciyərlərinə çəkməsindən sonra bu qanlı planlar üçün Ermənistanın təxribat "süpürgəsi" olmasına heç bir maniə qalmır. Xüsusi ilə bir məqama diqqət edək: heç şübhə yoxdur ki, Fransanın da  aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı (Aİ)-Ermənistan müştərək konfransından gözləntiləri vardı. Amma bu da Prezident İlham Əliyevin siyasi gedişləri sayəsində fiaskoya uğradı. Bu fakt bir daha sübut etdi ki, Qərb, o cümlədən Fransa dövlətimizin başçısının  yürütdüyü qətiyyətli və milli maraqlara söykənən prinsipial siyasətlə hesablaşmağa məhkumdur.

Təəssüf ki, ermənipərəst mövqeyindən əl çəkməyən, Ermənistanı Rusiyadan qoparıb ikinci Ukraynaya çevirmək istəyən E.Makron və onun qərbdəki ermənipərəst dostları hələ də anlamırlar ki, həyata keçirdikləri bu kimi destruktiv fəaliyyət bölgədə nə onların istədikləri və hesabladıqları planlara, nə Fransanın bütün dünyada ayaqlar altına salınmış imicinə, nə də hər vəchlə müdafiə etdikləri Ermənistana xeyir gətirməyəcək. Amma nəzərə alanda ki, E.Makrona Ermənistanın mənafeyi deyil, özlərinin qanlı maraqları vacibdir, demək ki, qərb Ermənistanı fəlakətin lap dibinə qədər yuvarladacaq. Təki bölgədə xaos və qanlı gərginlik olsun. əsas məqsəd də elə budur. E.Makronun və Aİ rəhbərlərinin Ermənistanı sürətlə itələdikləri böhran və bədbəxtlik dalanı bu dəfə Ukraynadan daha əzablı olacaq. Axı yuxarıda yazmışdım: qərbdəkilər heç kimə havayı pul və xoşbəxtlik vəd etmirlər..

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ