Bazar günü günü, 11 oktyabr 2026
     

“Şimali Kiprlə münasibətlərin yaradılması yalnız türk amili ilə bağlı deyil” – Cavanşir Feyziyev

Image


Globalinfo.az Milli Məclisin deputatı, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Cavanşir Feyziyevlə müsahibəni təqdim edir:

– Cavanşir müəllim, Globalinfo.az saytının redaksiyasına xoş gəlmisiniz. Sizi burda salamlamaq və redaksiya mühitində həmsöhbət olmaq bizim üçün xoşdur. Dəvətimizi qəbul etdiyiniz üçün sizə təşəkkürümüzü bildiririk.

– Çox sağ olun. Dəvətiniz üçün minnətdaram.

– Aprelin 5-də Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb. İşçi qrupa rəhbər seçildiniz. Siz bu işçi qrupun yaradılmasını tarixi hadisə adlandırmısınız. Azərbaycan üçün Şimali Kipr Türk Cümhuriyyətinin önəmi, əhəmiyyəti nədir? Dünya tərəfindən tanınmayan bu dövlət rəsmi Bakının diqqətini yalnız etnik məsələlərə, soy birliyinə, türk amilinə görə çəkir, yoxsa burda başqa amillər də var?

– Şimali Kipr Türk Cümhuriyyəti ilə parlament ölçüsündə rəsmi münasibətlərin yaranması doğrudan da tarixi hadisədir. Burada diqqət yetirilməli olan əsas məqam heç də sadəcə soy birliyimiz və etnik zəmində qohumluğumuz deyil. Əgər bu amilə əsaslansaq, təkcə Rusiya Federasiyası daxilində bir neçə muxtar respublika və ya vilayət statusunda tanınmış türk soylu rəsmi dövlət qurumları var. Amma onlarla Milli Məclis arasında ayrıca parlamentlər arası işçi qruplar yaradılmayıb. Şimali Kiprlə belə bir qarşılıqlı münasibətlərin yaradılması beynəlxalq siyasətdə  ədalətin təmin olunması zərurətindən irəli gəlir. Bu zərurəti əsaslandırmaq üçün adanın yaxın tarixindən bir misal göstərmək istəyirəm. 24 aprel 2004-cü il tarixində BMT-nin keçmiş Baş Katibi Kofi Annanın planına uyğun olaraq Kipr adasının yunan və türk bölümlərində eyni zamanda adanın birləşdirilməsi və vahid respublika qismində AB-ə üzv qəbul edilməsi ilə bağlı referendum keçirilmişdi. Referendumun nəticələrinə görə Kipr türklərinin 89 %-i həmin referendumda iştirak etmişdi və onların da 65%-i yunanlarla birgə yaşayışın lehinə səs vermişdilər. Kipr yunanlarının isə 76%-i bunun əleyhinə olduqlarını ifadə etmişdilər. Nəticədə Kipr yunanlarının maraqları əsas götürülərək adanın birləşdirilməsi baş tutmadı. Digər bir qərarla Kiprin yalnız yunanlar yaşayan hissəsi AB-ə üzv qəbul olundu. Bu, Kipr türklərinə qarşı edilmiş çox böyük tarixi ədalətsizlik idi. AB-nin bu qərarından sonra Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq birlik tərəfindən müstəqil dövlət kimi tanınması üçün təkzibedilməz əsas yarandı. Ona görə hesab edirəm ki, bir halda ki adanın yunan qismi türklərlə birlikdə yaşamaqdan könüllü olaraq imtina edir və AB də öz növbəsində Kipr Respublikası olaraq yalnız adanın cənub yarısını tanıyırsa, o zaman adanın şimal hissəsində de-fakto mövcud olan Quzey Kıprız Türk Cümhuriyyəti də öz müqəddəratını müstəqil dövlət şəklində təmin etmiş olur. Bu məntiqdən çıxış edərək, bizim Quzey Kıprız Tük Cümhuriyyəti ilə birbaşa münasibətlər yaratmaq üçün kifayət qədər əsaslarımız var və heç bir dövlət buna görə bizə irad bildirməməlidir.

– Siz əsasən Avropa strukturları ilə işləyən millət vəkilisiniz. Bu istiqamətdə sistemli, ciddi fəaliyyətiniz var. Sizin Türk dünyası ilə də sıx əlaqələrinizin olduğu məlumdur. Amma ŞKTC ilə bağlı artıq rəsmi görəviniz var. Bu istiqamət sizin Avropa fəaliyyətinizə mane olmayacaq?

– Mən 2017-2022-ci illərdə Azərbaycan-Avropa Birliyi Əməkdaşlıq Komitəsinin həmsədri olmuşam və eyni zamanda 2010-cu ildən etibarən bir sıra Avropa dövlətlərinin, o cümlədən Fransa və Böyük Britaniya parlamentləri ilə işçi qrupların rəhbəri, Macarıstan, İsveçrə və Bosniya və Herseqovina kimi ölkələrlə isə parlamentlərarası işçi qrupların üzvü olmuşam. Avropa Birliyinin və ayrılıqda bir çox Avropa dövlətlərinin apardığı daxili və xarici siyasəti öyrənməyə çalışmışam və bu barədə öz qənaətlərim var. Həmin təcrübəmdən çıxış edərək deyə bilərəm ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə parlament səviyyəsində qurduğumuz əlaqələr Avropa siyasi düşüncə tərzinə uyğundur və bu fəaliyyətə heç kim və heç nə mane ola bilməz. Bunu əsaslandırmaq üçün AB-nin özünün dünyanın bir çox bölgələrində tanınmamış siyasi qurumlarla iş birliyində olduğunu misal göstərmək kifayətdir.


– Azərbaycan Türk Dövlətləri Təşkilatı platformasında Türk dünyası ilə sıx əlaqələr qurub. Prezident İlham Əliyev inauqurasiya tədbirində ölkəmizin siyasi-ideoloji yönünü elan etdi. Bildirdi ki, bizim ailəmiz Türk dünyasıdır, başqa yerdə özümüzə ailə axtarmamalıyıq. Prezidentin belə qəti mövqe ortaya qoymasını şərtləndirən nədir? Qərbin ədalətsizliyi, anti-Azərbaycan mövqedən çıxış etməsi, yoxsa Bakının yeni sivilizasiya axtarışı?

– Ölkə başçının səsləndirdiyi fikri tarixi ədalətdən və zərurətdən doğan müasir milli-siyasi ideologiyamız hesab etməliyik. Bu yolu seçməklə biz heç də yeni sivilizasiya axtarmırıq, əksinə,  minilliklər boyu mövcud olmuş  öz sivilizasiyamızın mehvərinə qayıdırıq. Qərb siyasətçiləri türk sivilizasiyası ifadəsini işlətmək istəməsələr də, biz bilirik ki, əcdadlarımız siyasi, iqtisadi, sosial və mənəvi mədəniyyətlə zəngin olan bir tarix yaradıblar. Odur ki, məşhur araşdırmaçı tarixçi Qumilyov bildirirdi ki, türklərin tarixini silsək, dünyada tarix qalmaz. Dünya tarixində bu qədər mühüm rol oynamış bir sivilizasiyanı inkar etmək dünya tarixini inkar etmək olardı. Müasir dövrdə qloballaşmanın sürətləndiyi və indiyədək yaşanılmayan yeni çağırışların meydana çıxdığı bir zamanda ilk növbədə dövlətlərin müstəqillik kodlarının silinmək təhlükəsi yaranır. Bu, dünya idarəçiliyini öz əllərində cəmləşdirməyə çalışan beynəlxalq güc mərkəzlərinin maraqlarına uyğundur. Bizim maraqlarımız isə fərqlidir. Hər bir türk xalqının yaratdığı dövlət öz ərazilərində öz müstəqilliyini qoruyub saxlamaq və dünyanın yaranmaqda olan yeni düzənində özünə məxsus sivilizasiya kodu ilə yer almaq üçün böyük türk dünyası çərçivəsində birləşməli və vahid siyasi platformadan çıxış etməlidir. Bu gələcək əsrlərdə bütün türk dövlətlərinin siyasi mövcudluğunun yeganə şərti və etibarlı təminatıdır.

Davamı olacaq…

Azər Ayxan
Turan Rzayev

Globalinfo.az



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ