Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidmətinin "X" hesabında paylaşım edilib.
Qeyd edək ki, Qazaxıstan Prezidentinin Ermənistana rəsmi səfəri bu gün başlayıb. Onu İrəvanda Zvartnos hava limanında Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan qarşılayıb. Məlumata görə, Qazaxıstan liderinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdən sonra dövlətlərarası müqavilələr imzalanıb.
Mətləb Salahov