Bazar günü günü, 11 oktyabr 2026
     

Brüssel FİASKOSU: Ermənistan nə umurdu, nə buldu...

Image


Qərbdəki ermənipərəstlər yenə Brüsseldə erməni sevgisinə bürünüb yeni şou yaratmağa çalışdılar. Neçə həftələrdir erməni mediasının bəh-bəhlə Ermənistan ictimai rəyinə sırımağ istədiyi, Ermənistan üçün "xilas görüşü" kimi qabardılan Brüssel toplantısından gözləntilər elə arzu olaraq da bitdi. Erməni tərəfi bu görüşdə hərbi paktın imzalanacağını, Ermənistana böyük maliyyə və siyasi dəstəyi, iqtisadi yardım paketini ehtiva edən sənədin qəbulunu gözləyirdi. Amma... amma Azərbaycanın qətiyyətli mövqeyi, Prezident İlham Əliyevin həm ABŞ həm də Avropa İttifaqı rəsmiləri ilə telefon danışığı zamanı prinsipial mövqedən çıxış etməsi "Brüssel oyunçularını" geri çəkilməyə məcbur etdi. Bəli, məhz Azərbaycan tərəfinin ədalətli və qətiyyətli mövqeyi, ölkə Prezidentinin qlobal miqyasda nüfuzlu Lider olmasının nəticəsidir ki, görüşün təşkilatçılarından olan ABŞ dövlət katibi Blinken dövlətimizin başçısına zəng edərək vəziyyəti izah etməyə məcbur oldu. Brüssel görüşünün digər təşkilatçısı Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Prezident İlham Əliyevə zəng edib, müzakirələr aparılıb. ABŞ dövlət katibi kimi, Avropa Komissiyasının Prezidenti də Prezident İlham Əliyevə 5 aprel görüşünə dair mövqelərini izah etməyə çalışıblar.

Əlbətddə yuxarıda qeyd etdiyimiz kimi, Avropa İttifaqı, ABŞ və Ermənistan arasında Brüsseldə keçirilmiş görüş haqqında Ermənistanda böyük illüziyalar var idi. Hərbi paktın imzalanması, eləcə də hərbi-siyasi təhlükəsizlik sahəsində hərtərəfli dəstəyin nümayiş olunması və bu dəstəyin birtərəfli qaydada ödənişsiz icrası İrəvanın əsas niyyəti idi. Qərb dairələri öz ermənipərəst siyasətlərini daha qabarıq, açıq şəkildə reallaşdırmaq istəyirdilər. İstəyirdilər ki, qərbin istənilən qanlı təxribatı reallaşdırmaq üçün heç nədən çəkinməyəcəyini, xüsusilə Rusiyanı Cənubi Qafqaz bölgəsindən tamamilə sıxışdırıb çıxarmaq üçün prinsipial siyasət yürütdüyünü hər kəs görsün. Düzdür, onların bu nümayişkaranə güc göstərmələri alınmadı. Amma bu o demək deyil ki, qərbdəki ermənipərəst qruplar niyyətlərindən az da olsalar geri çəkildilər. Qəti! Onlar indi daha xaotik gərginlik yaratmaq kursu seçəcəklər ki, elə son günlər ardıcıl olaraq pozulan atəşkəs rejimi, atılan güllələr də dediklərimi hərfinə qədər təsdiqləyir... 

Sözsüz ki, bu siyasətin "anası" rolunda Fransa çıxış edir. Danılmaz faktdır ki, Fransanın, bütövlükdə bəzi Qərb ölkələrinin öz geosiyasi maraqları naiminə rəsmi İrəvan vasitəsilə Ermənistan və Azərbaycan arasında sülh prosesini əngəlləməsi Cənubi Qafqazda qarşıdurmanı gücləndirir, regionun təhlükəsizliyinə əsaslı təhdid yaradır. Bütün dünya şahid oldu ki, Ermənistan baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula Fon der Leyayenlə Brüssel görüşündə də bu dairələr regionda sabitliyi pozmaq üçün yenə öz simalarını ortaya qoydular. Rəsmi Bakı hələ bir neçə gün öncə bəyan edirdi ki, sözügedən görüş tam şəffaf şəkildə keçirilmir. Aİ-Ermənistan-ABŞ müştərək konfransı açıq şəkildə birtərəfli və qərəzli xarakter daşıyır və ikili standart yanaşmasına əsaslanır. Bu konfrans erməni tərəfini xoş niyyətlə danışıqlara sövq etmək əvəzinə regionda yeni bölücü xətlər və dırnaqarası təsir dairələri yaradır. Deyilən kimi də oldu...

Heç də təsadüfi deyil ki, Brüssel görüşü ərəfəsində, aprelin 2-də Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ABŞ Dövlət katibi Antoni Blinken ilə birgə mətbuat konfransında fransalı nazir ölkəmizin əleyhinə böhtan xarakterli fikirlər səsləndirib. O, bütün diplomtik etiketləri kobud şəkildə pozaraq bildirib ki, guya Azərbaycanın ritorikası nəzarətdən çıxır və vəziyyətin gərginləşməsində Ermənistanı günahlandırmaq məqsədi güdür. Fransalı nazir bir az da irəli gedərək deyib ki, Bakının təbliğatı daha çox Rusiyanın Ukraynaya qarşı təbliğatı ilə üst-üstə düşür. Təbii ki, bütün bunlar saxtakar Stefan Sejurnenin, daha doğrusu, Fransanın beynəlxalq aləmdə Azərbaycan barədə təcavüzkar, sülhə, əməkdaşlığa meyilli olmayan dövlət imici formalaşdırmaq istəyindən başqa bir şey deyil.

Prezident İlham Əliyev regionda hazırki mövcud vəziyyəti qorumaq və eləcə də inkişaf etdirmək istiqamətində çoxsaylı addımlar atmışdır. Sülh, təhlükəsizlik və sabitlik üçün ardıcıl səylər daha da inkişaf etdirilmişdir. Eyni zamanda, dövlət başçımızın qətiyyəti və siyasi iradəsi, həmçinin əlavə etməliyik ki, müdrikliyi regional təhlükəsizlik təhdidlərinin də aradan qaldırılmasına kömək edir. Bütün regiona qarşı olan münasibət meyilləri və bununla bağlı olaraq etiraz mövqeyimiz dərhal nəzərə çatdırılır.

Digər bir baxımdan bütün bunlardan sonra ABŞ Dövlət katibi Antoni Blinkenin "Biz sülhün olduğu Cənubi Qafqaz istəyirik" fikrinin səmimiyyətinə inanmaq çətindir. Amma hər şeyə rəğmən, Brüssel görüşündə rəsmi İrəvan bir daha Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Bu, bir daha onu göstərir ki, artıq dünya Azərbaycanın gücü və yaratdığı reallıqlarla hesablaşır. Dünya Azərbaycanın gücündən çəkinir və Bakıya nəyisə diktə edə bilmir. Həmçinin Azərbaycanla hədə-qorxu dilində danışmağın mümkün olmadığı və bunun heç bir nəticə verməyəcəyi qlobal güclər tərəfindən də etiraf edilir. "Uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri beynəlxalq birlik tərəfindən həyata keçirilmədi. Sonda həmin qətnamələrin icrasını öz gücümüzə həyata keçirdik, bölgədə yeni bir güc və söz sahibi olduğumuzu sübut etdik. Azərbaycan mütəmadi olaraq öz mövqeyini qarşıya qoyaraq sübut edir ki, müstəqil siyasət yürütməklə bölgədə yeni mühit formalaşdırmaqdadır. 

Bir məqamı da xüsusi vurğulamaq lazımdır: Ermənistanı alətə çevirən ABŞ və Aİ Cənubi Qafqazda qarşıdurma yaratmaq, yeni münaqişə ocağı alovlandırmaq və bununla da bölgəmizdə hegemonluq etməkdə maraqlıdır. Ermənistanın silahlandırılması, bu ölkəyə açıq maliyyə dəstəyi göstərilməsi, son olaraq Brüsseldə aparılan gizli sövdələşmələr fonunda bölgəmizin ciddi təhlükələr astanasında olduğu faktdır. Beləcə Brüssel görüşü həm də bir faktı gün kimi bütün dünya ictimaiyyətinə çatdırmış oldu ki, qərbdəki siyasətbazlar nə qədər Cənubi Qafqazı qarışdırmaqda, sülh əvəzinə qan tökməkdə israrlı olsalar da, qarşılarında əzəmətli və müstəqil siyasət kursu yeridən qüdrətli Azərbaycan dövləti dayanır!

Mətləb Salahov




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ