Bazar günü günü, 11 oktyabr 2026
     

Türkiyəni Ermənistanla sərhəddi açmağa yenidən məcbur edirlər, bazarlıq yolları axtarırlar- həm də Rusiya ilə şantaj edirlər....

Image


"Qərbin Ermənistan planları son dərəcə ciddidir. 5 apreldə hay- küylə keçirilmiş üçtərəfli Brüssel müzakirəsi planın içindədir. Mərkəzdə Ermənistandır. Bunlar erməni diasporuna və lobbiyə görə deyil. Qərbdə ermənilərin son 150 ildə- 1878- ci il Rus- türk San- Stefano sülh sazişindən və 1878- ci il Berlin sülh konfransından sonra hər cür geosiyasi oyunlarda alət roluna həvəslə getdiklərini bilirlər. Müxtəlif dövrlərdə bir- birinə zidd oyunlara getsələr də ,yenə də oynayırlar. Çünki böyük itkilər versələr də, qazandıqlarını da bu yolda qazanıblar." 
Bu fikirlər "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alıb. A.Quliyev daha sonra yazır: Gah çar Rusiyasının, gah Qərbin,  gah SSRRİ- nin, gah Rusiyanın, gah da yenidən Qərbin əlində alət olublar.Məhz bu hesaba ərazilər qopardıblar, dövlət qurublar. Müxtəlif geosiyasi mərkəzlərin " layihəsi "olmaqla razılaşıblar . Bu "böyük layihələrin" içində özlərinin də təbii ki, aralıq  layihələri olub. Ən sonuncu layihələrdən  biri kimi SSRİ- ni dağıdan separatizm dalğasını ( Qarabağ) başlatmaqla Qərbin aləti oldular. Qarabağı müvəqqəti ələ keçirib burunları əziləndən və Ukrayna müharibəsi başlayandan sonra yenidən Qərbin "oyun alətləri" sırasına qayıtdılar....

Ermənistan bu gün yeni layihənin aləti olmağa razıllb verib - Cənubi Qafqazda qarşıdurma yaratmaq, Azərbaycanla sülh məsələsini gündəmdən çıxarmaq, Qərbi Cənubi Qafqaza gətirmək, Cənubi Qafqazı Rusiya ilə Qərbin fəal geosiyasi qarşıdurma meydanına çevirmək,  bununla Rusiyanı 2- ci cəbhəyə cəlb etməklə zəiflətmək və birqütblü dünya düzəninin qurulmasında Qərbə yandaşlıq etmək.

Yeni böyük oyunda Ermənistan təbii ki, öz mənafelərini də görür və bu xüsusda Qərbdən- ABŞ və Fransadan konkret vədlər alıb. Ermənistanın istəkləri hər zamankı kimi 1- ci növbədə Azərbaycanın ərazilərini yenidən qoparmaqla bağlıdır. Vətən müharibəsinin nəticələri ilə təbii ki, barışmaq fikirləri yoxdur.

Qərbin və Ermənistanın uzlaşdırılmış  mənafeləri üstündə qurulan oyunun icrası üçün ilk növbədə Ermənistanı güclü regional dövlət halına gətirmək istəyirlər. Ya da onu heç olmasa indiki kimi, tarixdə "ən zəif Erməni məkanı" olmaq halından çıxarmalıdırlar. Cəmi 4 il əvvələ - 2020- ci ilə qədər Ermənistan öz tarixində ən güclü vəziyyətdə görünürdü. Azərbaycanın torpaqlarını işğal etmişdi, danışıqlarda özünü məğlubedilməz aparırdı, Qərb və qismən hətta Rusiya da onun tərəfini saxlayaraq Azərbaycana "məğlubiyyətinizlə barışın" kimi ədalətsiz və allahsız mesajlar verirdilər,  Ermənistanı inandırmışdılar ki, o, bu bölgədə həmişə Türkiyəyə qarşı lazım gələndə Qərbin, lazım olanda Rusiyanın əlində təzyiq aləti kimi gərəkli olacaq.Ermənistan eyforiyada idi. Bəs necə ? O, özünü Rusiyaya da, Qərbə də əbədi lazım olan qüvvə statusunda görürdü.....

Ancaq İlham Əliyevin 2020- 2023- cü illərdə dahiyanə düşünülmüş geosiyasi kombinasiyası Ermənistanın eyforiyasını yerə vurdu və beləliklə ,cəmi 4 il əvvəlki "qüdrətli Ermənistan" ən zəif və miskin Ermənistan halına düşdü. Regional  təcrid vəziyyətində boğulur, bir vaxtlar Türkiyəyə qarşı çox fəal işlətdiyi "genosid kartı" məhz Azərbaycanın Zəfəri ilə gündəmin arxa mövzusuna çevrilib, qüdrətli görünən diaspor mısıq və "qulağı kəsik " vəziyyətə düşüb. Azərbaycan - Türkiyə ittifaqı sayəsində təcavüzkar Ermənistan bu cür cilovlanıb...

Ermənistanı miskin durumdan çıxarmaq yolunda Qərbin ilk böyük planı 5 aprel Brüssel görüşü oldu. Açıq bəyan etdilər ki, Ermənistanın müqavimətliliyini və sabitliyini gücləndirmək bir saylı hədəfimizdir. Kimə qarşı " müqavimətlilikdən" söhbət  getdiyi isə məlumdur. Elə bir plan qurublar ki, Azərbaycanla sülhə getmədən Ermənistanı indiki ağır durumdan çıxarmaq və hərbi - iqtisadi cəhətdən  bölgənin ən güclü dövlətinə çevirsinlər..

Brüsseldə Paşinyanın mifik "Sülh kəsişməsi" layihəsinə elə - belə dəstək vermədilər ki...Məqsəd Azərbaycanın əlini daha da gücləndirə biləcək Zəngəzur dəhlizini arxa plana sıxışdırmaq və əvəzində Ermənistanı regionun "habına" çevirə biləcək "Sülh kəsişmısini" həyata keçirməkdir. Belə ki, Mərkəzi Asiya- Azərbaycan- Ermənistan - Gürcüstan xətti üzrə Qara dənizə çıxış, Mərkəzi Asiya - Azərbaycan- Ermənistan- Türkiyə xətti üzrə Aralıq dənizinə çıxışı təmin etməkdən söhbət gedir. Hır iki marşrutun kəsişmə nöqtəsi kimi Ermənistan götürülür...

Ermənistanı gücləndirmək üçün başqa plan və layihələr də var. Türkiyə - Ermənistan sərhədlərinin açılması planı yenidən gündəmə qaytarılıb. 2008- ci ildə Amerikanın böyük təzyiqləri ilə imzalanma masasına gətirilmiş Sürix protokolları məhz Azərbaycanın müqaviməti və qardaş Türkiyənin ağıllı qüvvələrinin dəstəyi ilə gündəmdən atıldı. Yenidən başlayıblar ...Diplomatik çevrələrdə Qərbin Ermənistanla sərhəddi açması  üçün qardaş Türkiyəyə böyük təzyiqlərin yenidən işə salınması kimi planın olduğu barədə ciddi söz- söhbətlər gedir. Qardaş Türkiyə ilə Azərbaycanın birliyinə zərbə vurmaq, Türkiyəni Rusiya ilə  şantaj etmək və onu bazarlığa çəkmək niyyətləri var.

1.Ukrayna müharibəsi ilə Rusiyanın çox zəif və idarəolunan duruma salınması halında Türkiyəni NATO məkanında təklənmək xofu ilə qorxutmaq istəyirlər. Ukrayna müharibəsinin sonunda Rusiyanı idarəolunan hala gətirəcəklərinə möhkəm inanırlar.

Qardaş Türkiyəni Rusiya ilə yaxşı münasibətlərin perspektivsiz olduğuna inandırmaq cəhdləri var.

2.Qardaş Türkiyəni indiki siyasi hakimiyyətin varisliyi məsələsində ən müxtəlif kanallarla bazarlığı çəkmək niyyətlərinin olması da ən ilginc ehtimallar sırasındadır....

3.Qardaş ölkəni "Türkiyənin bu günü Azərbaycanla, sabahı isə həm də Ermənistanla regional ittifaqdan keçir" kimi mifik və aldadıcı tezisə inandırmaq istəyirlər...

Sonda nə baş verəcək?

Qardaş Türkiyənin bütün bu planların və niyyətlırin içində "tarixi bir afyoranın" olduğunu gördüyünə şübhəmiz yoxdur. Qardaş ölkə böyük gələcəyi olan 'Türk evi" geosiyasi planlarının aparıcı qüvvəsidir. Dünya parçalanaraq yeni düzənə doğru gedir ki, bu düzənin hazırda parçalanmadan keçdiyini hamı görür. Hamı özünə münasib ittifaqlar qurur.200 il neytrallıq kursu aparmış ölkələr birdən - birə bu statusdan çıxır, ittifaqlara qoşulur. Dəli olmayıblar ki...Hər kəs öz milli dövlət mənafeyindən çıxış edir... Biz niyə etməyək ?!...

Prezident İlham Əliyev özünün inauqurasiya nitqində "Türk birliyini" bizim "yeganə ailəmiz" kimi xarakterizə etdi. Bu günlərdə Bakıda Çavuşoğlu ilə bu istiqamətdə müzakirələr yenidən aparıldı.Qardaş ölkə "Türk birliyi" kimi böyük gücün formalaşdırılması prosesindən çıxmaz və çıxmayacaq da. Türkiyə bu birliyin Avrasiyada nələrə gətirib çıxardığını yaxşı bilir. Bu yolda Dağlıq Qarabağ kimi mürəkkəb problem həll olundu, Strateji Şuşa bəyannaməsi imzalandı, Aralıq dənizi- Türkiyə- Azərbaycan - Xəzər- Mərkəzi Asiya- Çin xətti üzrə hamının həsəd apardığı əməkdaşlıq quruldu, "Yaşıl enerjiyə" keçid üzrə Türk dövlətlərinin və xüsusən Azərbaycanın böyük potensialları və ixrac imkanları var....

Güclü gələcək üçün əhəmiyyətli olan bu imkanların qarşısında Ermənistan kimi "dalan ölkəsi" üzərində qurulmuş oyunlarla Türkiyə- Azərbaycan birliyini pozmaq, Cənubi Qafqazda Azərbaycanla Türkiyənin birgə qurduqları indiki "status- kvonu" dəyişdirmək heç bir halda mümkün görünmür...

Təbii ki, ağıllı və praqmatik düşünənlərin nəzərindən...."

Mətləb




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ