Bazar günü günü, 11 oktyabr 2026
     

KƏŞFİYYATA ONUNLA BİRLİKDƏ...

Image



Aprel savaşının qəhrəman şəhidi, xüsusi təyinatlı hərbi qulluqçu Sərxan Bayramovun əziz xatirəsinə

Günəş yavaş-yavaş qüruba yaxınlaşırdı. Həlimət ana 5-ci mərtəbədəki mənzilin eyvanına çıxıb həyətə boylandı. Bərk qələbəlik idi – yaşlılar bir tərəfdə əyləşib sakitcə dərdləşir, gənclər deyə-gülə söhbətləşirdilər, futbol oynayan uşaqların harayı aləmi başına götürmüşdü. İçərilərində kiçik oğlu da vardı. Bu zaman o, rəqibin neçə oyunçusunu keçib hücum mövqeyinə çıxdı. Hamı qışqırdı: "Vur, Sərxan, vur!" Zərbə... Qoool... Ananın yadına düşdü ki, bayaqdan top qovan dəcəl balasının qan-tərə, toz-torpağa batması bir yana, yeməyinin də vaxtı keçir. Tez onu səslədi: Ay oğul, Sərxan, evə gəl! Səsi məhəllədəki hay-küyə qarışıb dalğalandı:

"SƏRXAAAN! EVƏ GƏƏƏL!"

...İllər yaman sürətlə keçdi, elə övladlar da çox tez, bu səsin, çağırışın gedib-qayıtdığı zaman məsafəsində böyüdülər. Bayramovlar ailəsinin böyük oğlu Harun hərbçi peşəsini seçib, Ali Hərbi Akademiyanın məzunu kimi zabit rütbəsində Azərbaycan Silahlı Qüvvələrində qulluğa başladı. Sərxan Zaqatala şəhərindəki şəhid Nizami Hüseynov adına 2 saylı orta məktəbdə təhsil alıb. VIII sinfi bitirəndən sonra sənədlərini Naxçıvanski adına Hərbi Liseyə təqdim etsə də, qəbul oluna bilməyib. Deyilənlərə görə, ilk addımda tale üzünə gülmədiyinə görə elə ağlayıb, göz yaşı tökürmüş ki... Uşaqlıq illərinin foto-albomunda uniformada şəkilləri də var.

Avtoçilingər işləyən atası Oqtay kişi ona sənətinin sirlərini öyrədib. İlyarımlıq əsgərlik dövrünü ruh yüksəkliyi ilə başa vurduqdan sonra müxtəlif işlərdə çalışır, valideynlərinə köməklik göstərir. Lakin peşəkar hərbçilik sevdası bir an da olsa ürəyindən çıxmır. Bir gün ata-anasına "cpesnaz"a yazılmaq istədiyini söyləyir. Və beləcə, xüsusi təyinatlı bölmədə müddətdən artıq hərbi xidmətə qəbulla nəhayət çoxdankı niyyətini reallaşdırır. Uğurunu hamıyla bölüşür, şadlığından göylərdə uçurmuş, çünki arzusuna çatmışdı, sevdiyi işlə məşğul idi. İgid hərbçinin doğmaları və dostları ilə son görüşü 19-20 mart tarixində - Novruz bayramı ərəfəsində baş tutub. Bir gün sonra isə yenidən xidmət yerinə qayıdıb. Ailədə xoşbəxt günlər yaşanırdı, Harun bir il idi ki, ailə qurmuşdu, Sərxanı evləndirməyə hazırlaşırdılar. Mart ayının 22-də qız evinə elçi gedilir, "həri"si alınır, aprelin 10-da nişan aparacaqlarmış...

Həlimət xanımın dediklərindən: "Vallah bilmirəm, necə anayam, heç yuxuma da gəlmədi, bir narahatlıq duymadım, ürəyimə də dammadı... Sərxanın ölümü haqqında heç vaxt fikirləşməmişdim, toyuna hazırlaşırdım axı. Mən onun üçün xonçalar tutacaqdım. Sərxan o qədər həyatsevən oğlan idi ki... Olduğu yerdə ancaq sevinc, şənlik qərarlaşardı. Gəlməyi, peyda olması ilə hər yanda ab-hava dəyişərdi, gülüş, xoşbəxtlik səpələyərdi ətrafa..." Ananın səsi Zaqatala dağlarında əks-səda verir:

"SƏRXAAAN! EVƏ DÖÖÖN!"

"2016-cı il aprelin 1-dən 2-ə keçən gecə işğalçı erməni silahlı birləşmələri növbəti təxribata əl ataraq, təmas xəttinin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində atəşkəsi pozdular. Qəhrəman ordumuz nəinki azğın düşmənə ciddi müqavimət göstərdi, hətta şərəfsiz erməniləri öz mövqelərindən belə qovaraq, yüz kilometrlərlə geri oturtdu. Nəticədə Talış, Seysulan, Cocuq-Mərcanlı, Odundağ, Lələtəpə və digər yüksəkliklər işğaldan azad edildi. Azərbaycan Silahlı Qüvvələri 24 ildir ki, yağı caynağında inləyən həmin ərazilərə ilk dəfə qədəm

qoydu. Cəsur qoşun birləşmələrinin önündə xüsusi təyinatlılar gedirdi. Sərxan Bayramovun da təmsil olunduğu kəşfiyyat bölüyü isə daha dərinliklərə, düşmənin içərilərinə qədər sıza bilmişdi...

Aprelin 2-də günortaya yaxın artıq çəbhə bölgəsində baş verənlər barədə məlumat bütün ölkəyə yayıldı, dünya mediasına ayaq açdı. Dığalar yenə də öz amplualarında idilər; həyasızcasına ağlamsınır, qırılıb-çatıldıqlarından şikayətlənirdilər. Özgə torpaqlarına göz dikən xain sürüsünü görəsən başqa hansı aqibəti gözləyirmiş? Azərbaycanda da övladı, qohumu əsgərlikdə olanlar,

ümumiyyətlə hamı ehtiyatla soraqlaşmağa başladı. Sərxandan isə səhih bir xəbər yox idi – ona nə qazilər, nə də şəhidlər karvanında rast gəlinirdi. Ana harayı Qarabağ, Tərtər, Talış yüksəkliyi tərəfdən əks-səda verir:

"SƏRXAAAN! EVƏ QAYIIIT!"

10 aprel. 5-6 gündür ki, atəşkəs elan olunub. Səngərlərdən qaçıb pərən-pərən düşmüş ermənilərin başbilənləri özlərini dünya güclərinə yetiriblər. Qərbdən, Şərqdən, hər yandan müharibəni lənətləyən bəyanatlar eşidilir. Qızıl Aypara Cəmiyyətinin vasitəçiliyi ilə neytral zonada qalan cansız vücudlar götürülür, dəyişdirilir. Sərxan da doğmalarının ongünlük həsrətinə "son qoyur", Zaqatalaya evə "qayıdır", vətən torpağını son dəfə qucaqlamaq, Azərbaycanın qoynunda əbədi uyumaq üçün... Amma o, eyni zamanda qəhrəmanlığı, böyük ideallar uğrunda çanını qurban vermək bacarığı ilə xalqın ürəyinə köçdü. 

Həmin günlərdə Ermənistan baş qərargahı gecəgörmə cihazları vasitəsilə qeydə alınmış süjetlər yaydı. Görüntülərdə düşmənin arxasına keçmiş kəşfiyyat qrupumuzun hərəkəti öz əksini tapıb. İşğalçılar bərk qorxu və çaşqınlıq içərisində ora-bura vurnuxurlar. Sonra yenidən atəş səsləri eşidilir. Düşmən heyrətini gizlədə bilmir: artıq qanlı savaşdan 24-26 saat ötüb, ayın 2-dən 3-ə keçən gecədir. Döyüş bitməli idi, fəqət arxa cəbhədə bir qrup hələ də vuruşur. Bəli, onlar axırıncı güllələrinə, son nəfəslərinə qədər döyüşdülər. Vətənə xidmətləri, şücaətləri də layiqincə qiymətləndirildi. Şəhid gizir Sərxan Oqtay oğlu Bayramov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edildi. Sosial şəbəkələrdə, oğlu son mənzilə yola salınarkən Oqtay Bayramovun tabuta sarınmış üçrəngli bayrağımızı üzünə sıxıb necə hönkür-hönkür ağladığını izləmisizmi? Bax, medalı qəbul edərkən də eləcə göz yaşları leysan kimi yağdı şəhid atasının... Hər gün dünyada övlad həsrətli milyonlarla anaların baxışları yollara dikilir. Ayrılıqların yaratdığı kədər ümmanında batıb çıxan Həlimət xanım da onlardan biridir. Yox, yox, o daha oğlunu gözləmir, yalnız şirin xəyallara dalır. O xəyallara ki, Sərxanın beşiyi başında layla çalır, xəstələnəndə yatağı yanında yuxusuz gecələr keçirir, böyüdüb məktəbə, hərbi xidmətə yola salır, qız bəyənir, elçi gedir, toyda əl-qol açıb süzür, gəlininin boynuna sarılır... Stop! Ax, səni zalım əcəl! Bu iğım xəyalların qovub apardığı insafsız xatirələr yenidən geri qayıdır ki, - axı 23 yaşlı Sərxanın dəfn olunduğu gün nişan mərasimi keçirilməli idi...

Gənclər arasında sədaqət, dəyanət, vəfa rəmzi kimi işlədilən bir ifadə var: "Səninlə

kəşfiyyata getmək olar." Yaxud, "filankəslə kəşfiyyata getmək mümkündür."

Onlar – Sərxan, Rəvan, Samir, Əbdülməcid və digərləri, minlərlə, on minlərlə azəri

gənci genlərində daşıdıqları qeyrət, cəsarət, ləyaqət kodları, ailədə aldıqları yüksək

tərbiyə, məktəbdə, həyatda əxz etdikləri ali hədəflərlə məhz həmin kateqoriyaya

aid – birgə kəşfiyyat şərəfinə layiq idilər. Və beləcə çiyin-çiyinə zülmət gecələrin

örtdüyü sübh nurunu gətirməkdən ötrü yola çıxmışdılar. Sözügedən missiya uğurla

yerinə yetirildi, amma 2-3-4 aprel və daha sonrakı səhərlərin onlarsız açılması

naminə...

Azərbaycan torpağı ona görə müqəddəsdir ki, şəhid qanı ilə yoğrulub. Xalqımız o səbəbədən qalib, zəfərli, yenilməzdir ki, başının üstü, Vətən səması şəhid ruhları ilə doludur. Həmin ruhların bu gün şad-xürrəm, bəxtiyar olması isə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə igidlərimizin qanı, canı hesabına qazanılan qələbələr, zəfərlərlə bağlıdır. İndi bu müqəddəs ocaqda – Bayramovlar ailəsində şəhid Sərxanın adını daşıyan qardaşıoğlu böyüyür... Bütün şəhidlərimizi böyük sevgi, ehtiram və rəhmətlə anırıq, Allah vətənimizi, xalqımızı, müstəqilliyimizi daim var eləsin!

Qurban CƏBRAYIL




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ