Bazar günü günü, 16 avqust 2026
     

Deputat: Soyqırımı cinayətləri cəzasız qalmayacaq

Image


İki yüz il öncə Çar I Pyotrun Qafqazı və Xəzəryanı əraziləri Rusiya imperiyasına qatmaq cəhdləri 1723-cü ildə Bakının işğalı ilə nəticələndi. I Pyotr Rusiya ordusuna şiddətli müqavimət göstərən müsəlmanlardan ibarət yerli əhalini işğal altında saxlamağın çətin olacağını anlayırdı. Ona görə də bu ərazilərdə möhkəmlənmək üçün Gilanda, Mazandaranda, Bakıda və Dərbənddə ermənilərin və xristianların yerləşdirilməsini qərara aldı. Əsası I Pyotr tərəfindən qoyulan bu siyasət Rusiya imperiyasının sonrakı çarları tərəfindən də davam etdirildi. Məhz bu məqsədlə 1768-ci ildə II Ekaterina "ermənilərin himayə edilməsi" barədə əmr imzalamışdı. 1802-ci ildə isə çar I Aleksandr H.D.Sisianova ünvanladığı məktubunda yazırdı: "Nə olur-olsun ermənilər Azərbaycanın ... bu və ya digər xanlıqlarında istifadə olunmalıdır".

O zamanlara qədər dövlətçiliyi olmayan ermənilər isə öz dövlətlərini yaratmaq üçün Qafqazda imperiya siyasətinin həyata keçirilməsində Rusiyaya xidmət göstərmyə hazır idilər. Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

O qeyd edib ki, XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında gedən iki müharibənin (1804-1813 və 1826-1828) sonunda imzalanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri Azərbaycanın parçalanmasına - Şimalın Rusiyanın, Cənubun isə İranın idarəçiliyinə keçməsi ilə nəticələndi: "Türkmənçay müqaviləsindən dərhal sonra imperator I Nikolay 1828-ci il martın 21-də İrəvan və Naxçıvan xanlıqlarının ərazisində "Erməni əyaləti"nin yaradılması haqqında əmr imzalamışdı. Bu əmrə əsasən o zaman 7331 azərbaycanlının və 2369 erməninin yaşadığı İrəvan şəhəri "Erməni əyaləti"nin tərkibinə daxil edilmişdi. Bunun ardınca Türkmənçay müqaviləsinin XV bəndinə əsasən İran ərazisindən ermənilərin İrəvan, Qarabağ və Naxçıvana kütləvi şəkildə köçürülməsinə başlanıldı. Bunun da nəticəsində həmin ərazilərdə məskunlaşmış azərbaycanlılar öz yurd-yuvalarından məhrum edildilər. 1828-1829 cu və 1877-1878-ci illərdə Türkiyə ilə aparılan müharibələrin sonunda da eyni proseslər baş vermişdi. Yalnız 1829-1830-cu illər ərzində Naxçıvan, Qarabağ və İrəvan ərazisinə İrandan 40 min, Türkiyədən isə 84 min 600 erməni köçürülüb yerləşdirildi. Bütün bunlar sonrakı iki əsr ərzində Azərbaycan xalqının tarixində bir sıra faciəvi hadisələrə yol açdı.

"Artıq XIX əsrin ikinci yarısında ermənilər Türkiyə, Gürcüstan və Azərbaycan əraziləri hesabına "Böyük Ermənistan" xülyasına aludə olmuşdular. Məhz elə o zamanlar ermənilər Qafqazın yerli əhalisi ilə mübarizə aparmaq üçün ilk növbədə xaricdə gizli təşkilatlar yaratmağa başlamışdılar. 1887-ci ildə Cenevrədə yaradılmış "Qnçaq" və 1890-cı ildə Tiflisdə yaradılmış "Daşnaksütyun" partiyaları, 1895-ci ildə isə Nyu-Yorkda yaradılmış "Erməni vətənpərvərlər ittifaqı" kimi təşkilatların məqsədləri məhz "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsindən ibarət idi. Onlar bu məqsədlə vəsait toplayır, silah-sursat ehtiyatı yığır və Qafqazda yerləşdirilmiş erməniləri hərəkətə gətirmək üçün əlverişli hərbi-siyasi şəraitin yetişməsini gözləyirdilər. Ermənilər üçün ilk belə fürsət 1905-1907 illərdə yarandı. Rusiyada gedən inqilabi proseslərdən istifadə edən ermənilər həmin illərdə Bakı, Şuşa, Zəngəzur, İrəvan, Ordubad, Naxçıvan, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlıları öz ata-baba torpaqlarından qovub çıxardılar. İrəvan və Gəncə quberniyalarında azərbaycanlıların yaşadığı 200 kənd, Şuşa, Cəbrayıl və Zəngəzur ərazisində isə 75 kənd ermənilər tərəfindən talan edildi. Bu hadisələrin təsviri M.S.Ordubadinin "Qanlı illər" və M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında öz əksini tapıb. Sonrakı illərdə də Rusiya imperiyası tərəfindən ərazinin erməniləşdirilməsi siyasəti gizli şəkildə davam etdirilirdi", - deyə deputat bildirib.

O bildirib ki, Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış inqilabi vəziyyət ermənilərə öz məqsədlərini həyata keçirmək üçün yeni fürsət yaratmışdı: "1917-ci ildə baş vermiş fevral və oktyabr inqialablarından sonra ermənilər artıq bolşevizm bayrağı altında öz çirkin niyyətlərini həyata keçirməyə cəhd edirdilər. Moskvadan göndərilmiş Stepan Şaumyanın başçılığı altında fəaliyyət göstərən Bakı kommunası 1918-ci ildə "əksinqilabi elementlərlə mübarizə" şüarı altında azərbaycanlılara qarşı soyqırımına başladı. 1918-ci ilin mart-aprel ayları ərzində Bakı şəhərində və Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirildi. Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən həyata keçirilən kütləvi qırğınlar tezliklə daha böyük əraziyə yayıldı. 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdu. Bu, təkcə azərbaycanlılara qarşı yox, Azərbaycan ərazisində yaşayan bütün millətlərə qarşı yönəlmiş soyqırımı hadisəsi idi. 1918-ci ilin mart-aprel aylarında on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanlar qətlə yetirilmiş, xalqımıza məxsus tarixi-mədəni abidələr, məktəblər, xəstəxanalar və məscidlər dağıdılmışdı. 1918-ci ilin 30 mart - 3 aprel qırğınları o zamanadək Azərbaycan xalqına qarşı törədilmiş ən dəhşətli faciələrdən biri idi, lakin sonuncu deyildi. Onlar sovet dövründə də xalqımıza qarşı etnik təmizləmə və deportasiya siyasətini davam etdirmişdilər. Sovet işğalından sonrakı ilk onillik ərzində Zəngəzur, Dərələyəz və Göyçə mahalının Azərbaycandan qoparılaraq ermənilərə verilməsi, 1920-1930-cu illərdə və 1948-1953-cü illərdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi şəkildə deportasiyaya məruz qoyulması da çar Rusiyası tərəfindən aparılan Qafqazın erməniləşdirilməsi siyasətinin bolşevik Rusiyası tərəfindən davam etdirildiyini göstərir".

1980-ci illərdə SSRİ-nin süqutu ərəfəsində erməni millətçiliyinin yeni vüsət aldığını xatırladan C.Feyziyev əlavə edib: "1988-ci ildə "Miatsum" şüarı ilə Xankəndi şəhərinin mərkəzi meydanında başlayan erməni hərakatı növbəti dəfə bir milyona yaxın azərbaycanlının öz tarixi yaşayış məskənlərindən qovulub çıxarılması və qanuni ərazilərimizin 20 faizinin işğalı ilə nəticələndi. Yenə də imperialist qüvvələrin maraqlarına xidmət edən ermənilər həmin illərdə yaranmış yeni geosiyasi şəraitdən yararlanmaqla növbəti dəfə "Böyük Ermənistan" ideyasını gerçəkləşdirməyə cəhd etdilər. Lakin ermənilərin budəfəki cəhdi "Böyük Ermənistan" ideyasının birdəfəlik məhvi ilə nəticələndi. Torpaqlarımızın 20 faizini 30 ilə yaxın müddət ərzində işğal altında saxlaya bilsələr də öz çirkin niyyətlərinə çata bilmədilər. 2020-ci ilin Vətən müharibəsi 200 illik "erməni arzusunu" II Qarabağ savaşının alovları içərisində yandırıb külə çevirdi. Tarixi ədalət bərpa olundu. Torpaqlarımız işğaldan azad olundu və 30 illik işğal dövründə Azərbaycana vurulmuş zərərin ödənilməsi üçün Ermənistana qarşı beynəlxalq məhkəmə iddiası hazırlanır. Döyüş meydanında faciəvi məğlubiyyətdən sonra Ermənistan Azərbaycana qarşı bir daha ərazi iddiası irəli sürməyə cürət edə bilməz. Lakin son iki əsr ərzində ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş bütün cinayətlər, o cümlədən soyqırımı cinayətləri heç zaman unudulmamalıdır. Məhz bu məqsədlə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycanlıların soyqırımı haqqında" Fərman imzalanmış və 31 mart tarixi "Azərbaycanlıların Soyqırımı Günü" elan edilmişdir. Həmin ildən başlayaraq hər il 31 mart azərbaycanlıların soyqırımı günü kimi qeyd olunur. Xalqımıza qarşı törədilmiş soyqırımı hadisələri hərtərəfli tədqiqatlara cəlb olunur və bu bəşəri cinayətlərlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hüquqi və diplomatik addımlar atılmaqla geniş fəaliyyət göstərilir. Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində yaradılmış "Soyqırımı memorial kompleksi" 2013-cü il sentyabrın 18-də açılmışdır. 1992-ci il fevralın 26-da ermənilər tərəfindən Xocalı şəhərində törədilmiş soyqırımı dünyanın 10-dan artıq ölkəsində insanlığa qarşı cinayət və ya müharibə cinayəti kimi tanınmışdır. Bu gün də işğaldan azad olunmuş ərazilərimizdə kütləvi qətllərə məruz qalmış soydaşlarımızın qalıqları tapılır. İşğal dövründə ermənilər tərəfindən yurd yerlərimizə və soydaşlarımıza qarşı törədilmiş vandalizm və soyqırımı hadisələri bütün təfərrüatları ilə öyrəniləcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar".




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ