Bazar günü günü, 11 oktyabr 2026
     

XX əsrin əvvəlində Bakı və Şamaxı qırğını, bu əsrdə Gəncə və Bərdə terroru...

Image


 

Məhərrəm Zülfüqarlı: "Ermənilər öz havadarlarına arxalanaraq, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarını XXI əsrdə də davam etdirdilər"

 Ermənilərə havadarlıq edən xarici dövlətlərin dəstəyi ilə Qərbi Azərbaycan ərazisində Ermənistan adlı dövlətin yaradılması, ondan əvvəl isə Çar Rusiyasının erməniləri bizim tarixi torpaqlarımıza köçürüb məskunlaşdırması nəticəsində xalqımızın faciələrin əsası qoyuldu. 

XX əsrin əvvəllərində erməni terror təşkilatları, quldur dəstələri, daşnak qüvvələri tərəfindən xalqımıza qarşı silsilə soyqırım cinayətləri törədildi.  

1918-ci ilin 31 mart tarixində Bakıda, Şamaxıda və Azərbaycanın bir sıra bölgələrində azərbaycanlıların kütləvi soyqırımı həyata keçirildi. Biz uzun illərdir ki, 31 mart tarixini Azərbaycanlıların Soyqırımı Günü olaraq qeyd edirik. XX əsrin əvvəllərindən başlayaraq həyata keçirilmiş soyqırım aktları, deportasiyalar xalqımızın tarixində, taleyində qanlı izlərlə yadda qalıb. 

Məsələ burasındadır ki, Ermənistan adlı süni dövlət 1918-ci ildən sonra da azərbaycanlıların qəniminə çevrildi. Bu ağrılı tendensiya Sovet illərində də səngimədi, 1905-1907-ci illərdə, 1918-ci ildə baş verən soyqırım aktları Sovet dövründə deportasiya ilə davam etdirildi. 1948-1953-cü illərdə Qərbi azərbayanlılar Ermənistan SSR-in daşnak təfəkkürlü rəhbərliyi tərəfindən öz yurd-yuvalarından didərgin salındılar və azərbaycanlıların deportasiyası həyata keçirildi. Maraqlıdır ki, ovaxtkı SSRİ rəhbərliyi buna görə Ermənistana heç bir irad bildirmədi, əksinə, bu mənfur siyasəti, qanlı köçürülmə aktını dəstəklədi. Məlumdur ki, Ermənistana rəhbərlik edənlər heç zaman xaricdəki erməni lobbisi ilə əlaqəni kəsmədilər, onların müxtəlif vasitələrlə ötürdükləri tezisləri gerçəkləşdirmək üçün hərəkətlərini davam etdirdilər. Qərbi Azərbaycan ərazisini yerli sakinlərdən - azərbaycanlılardan təmizləmək, azərbaycanlılarsız erməni dövləti formalaşdırmaq üçün hər cür cinayətlərə əl atdılar. 1988-ci ildə Azərbaycan türklərinin Qərbi Azərbaycan ərazilərindən deportasiyasını həyata keçirdilər. Digər tərəfdən də, Qarabağda bu mənfur prosesi davam etdirdilər, torpaqlarımızı işğal edən Ermənistan orada vətəndaşlarımıza divan tutdu, insanlarımızı məcburi köçkünə, qaçqına çevirdi. XX əsrin sonlarında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlərin, soyqırımların sırasına baxsaq çox dəhşətli faktlarla qarşılaşırıq. Bağanis Ayrım, Quşçular, Malıbəyli, Qaradağlı, Xocalı, Ağdaban, Ballı Qaya, Meşəli, Kərkicahan,  Qaradağlı, Daşaltı soyqırımları daşnakların XX əsrin əvvəlində başlatdıqları genosid cinayətinin tərkib hissəsidir. 

Əlləri azərbaycanlıların qanına batan şovinist, işğalçı, separatçı və terror dövləti olan Ermənistan xalqımıza qarşı elə tükürpədici cinayətlər törədib ki, bunların təkcə biri belə bu ölkənin cəzalandırılmasına kifayət edər. 

44 günlük Vətən müharibəsi günlərində Qarabağdakı keçmiş separatçı ünsürlərin müharibə zonasından kənarda olan şəhərlərimizi, rayonlarımızı, mülki obyektlərimizi vurması, mülki əhalimizi qanına qəltan etməsi, terror qurbanına çevirməsi faktdır.  

44 günlük müharibə dövründə Gəncə və Bərdənin raket atəşinə tutulması, mülki əhalinin qətlə yetirilməsi faktı erməni canilərinin, daşnaklarının XX əsrin əvvəllərində həyata keçirdikləri cinayətlərin davamı kimi xarakterizə olunur. 

Daşnak xisləti ermənilərin və Ermənistanın qanına elə işləyib ki, onlar dinc əhaliyə, uşağa, qocaya belə rəhm etməyiblər. 

"Şamaxıda 58 kənddə 8 mindən artıq insana qarşı soyqırım cinayəti baş verdi"

AVCİYA-nın vitse-prezidenti, professor, tarixçi alim Məhərrəm Zülfüqarlı baki-xeber.com-a şərhində bildirdi ki, həm XIX yüzildə, həm XX əsrin əvvəllərində, həm Sovet illərində, həm də dövlət müstəqilliyimizin bərpasından sonra baş verən faciələrin kökündə Rusiyanın formaca dəyişən, məzmunca qalan işğalçılıq, müstəmləkə siyasəti dayanır. "Çar Rusiyasının, Sovet Rusiyasının, həm də Rusiya Federasiyasının siyasəti yalnız formaca fərqlidir, məzmunca isə tamamilə bir-birini davam etdirən siyasətdir. Deyərdim ki,  Sovet dövründə Çar zamanına nisbətən, Rusiya Federasiyası isə Çar və Sovet Rusiyası ilə müqayisədə daha kəskin siyasət yürüdür. Bunları faklarla deyəcəyəm. Bizim əsas mövzumuz mart soyqırımı və ondan sonra baş verən faciələrdir. 

Mart soyqırımının baş verməsinin əsas səbəbi Çar Rusiyasının Şimali Azərbaycanı işğal etdikdən sonra erməniləri bura köçürmə siyasətidir. Erməniləri bizim ərazilərə köçürməkdə Çar Rusiyasının məqsədi onlardan bir vasitə, alət kimi istifadə edib müsəlman əhalini təsir altında saxlamaq, istismar etmək və sair idi. Məsələn, bura köçürülən ermənilərə müsəlmanlardan vergi toplamaq işləri tapşırılırdı. Ermənilərdən vergi alınmırdı. Bu onlara verilən üstünlük idi.

XX əsrin əvvəllərində  bütün dünyada böhran idi. Rusiyada baş verən birinci rus inqilabının qarşısını Bakıda almaq üçün Çar bilərəkdən fevralın 6-9-da üç günlük erməni-müsəlman qırğını təşkil etdi. Üç gün bu işə qarışmadı, hər iki tərəfi arxadan dəstəklədi. Üç gündən sonra isə Çar Jandarm İdarəsi bunun qarşısını aldı, bunlara bildirdi ki, biz olmasaq siz yaşaya bilməzsiniz, evlərinizdə rahat yaşamaq üçün Çar Rusiyasından möhkəm yapışın. Amma bunu təşkil edən elə Çar Rusiyasının özü idi. 

Mart soyqırımı ilə bağlı ilk dəfə Azərbaycan Xalq Cumhuriyyəti məsələ qaldırıb və bir tədqiqat komissiyası yaradıb. Bunlar çox vicdanlı  işləyib sənədlər hazırlayıblar, Azərbaycan nümayəndə heyəti həmin sənədləri Versal Sülh Konfransına təqdim edib, bununla bütün dünyaya Azərbaycanda bolşeviklərin və erməni daşnaklarının  törətdiyi soyqırım cinayətləri barədə məlumat yayıblar, bunu beynəlxalq aləmə çatdırıblar. İkinci mühüm addım isə 1998-ci ilin mart ayında mərhum Prezident Heydər Əliyevin 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı verdiyi fərmandır. Bu fərmandan sonra mart soyqırımı məsələsi daha da aktuallaşdı. Bu barədə əsərlər yazıldı, ənənəvi olaraq bu məsələ müzakirə obyekti oldu. İndi də bu proses davam edir. 

İndi baxaq görək, mart soyqırımının məqsədi nə idi, nəticəsi nə oldu. 

Mart soyqırımına nəzər salsaq, bunu 1917-ci ilin fevral ayında baş verən burjua inqilabından sonra yaranan vəziyyətlə izah etmək olar. Bilirsiz ki, fevralda baş verən burjua inqilabı nəticəsinbdə Çar İkinci Nokolay devrildi, onun yerinə müvəqqəti hökumət gəldi. Bu nisbətən demokratik hakimiyyət idi, siyasi partiyalara imkan yarandı, müsəlman partiyaları geniş fəaliyyətə başladı. Lakin bunların ömrü uzun çəkmədi, oktyabr çevrilişi ilə (köhnə stillə oktyabrın 25-də, yeni stillə noyabrın 7-də-M.Z) bolşeviklər hakimiyyəti ələ aldılar. Bolşeviklər hakimiyyəti ələ alsalar da, amma hələ Çar Rusiyasının bütün ərazilərinə öz hakimiyyətlərini yerləşdirə bilməmişdilər. Məsələn, Bakıda Şaumyanın rəhbərlik etdiyi bolşevik hakimiyyəti - Bakı Soveti var idi, amma Gürcüstanda, Tiflisdə üç xalqın – azərbaycanlıların, gürcülərin və ermənilərin müvəqqəti hökumətin parlamentinə seçilən deputatlarından ibarət Zaqafqaziya Komissarlığı (Cənubi Qafqaz Komissarlığı-M.Z)  fəaliyyət göstərirdi. Yəni Bakıda olan bolşevik hakimiyyəti, Tiflisdə olan isə müvəqqəti hökumətin hakimiyyəti idi. Bunlar paralel fəaliyyət göstərirdilər. Baxmayaraq ki, paytaxtda hakimiyyəti bolşeviklər ələ keçirmişdi. Belə bir maraqlı faktı qeyd edək ki, noyabrda Müəssislər Məclisinin, yəni müvəqqəti hökumətin parlamentinə Bakıda seçkilər keçirildi, Şaumyanın və digər bolşeviklərin gözləntilərinin əksinə olaraq burada Müsavat partiyası çox səs qazandı. Bu artıq Azərbaycan sərvətlərinə göz dikmiş bolşevik Rusiyasının həm mərkəzdə, həm də Bakıda olan rəhbərlərini çox məyus etdi. Bunlar başa düşdülər ki, Azərbaycan xalqında milli şüur yaranıb və sərvətlərinə sahib çıxmağa başlayıblar. Bu xalqın sərvətlərini əldə etmək üçün soyqırım siyasəti ortaya çıxdı"-deyə M.Zülfüqarlı qeyd etdi. 

M.Zülfüqarlı qeyd etdi ki, mart soyqırımını daşnak və bolşevik birləşmələri törədib. O qeyd etdi ki, daşnak-bolşevik birləşmələri azərbaycanlılara qarşı soyqırım cinayətlərinə başlayanda azərbaycanlılar məscidlərə yığışırdılar. "Təzə Pir məscidinə yığışan insanlara Xəzər dənizində olan bolşevik gəmilərindən atəş açıldı, məcsidin bir minarəsi dağıdıldı və burada çoxlu sayda insan həlak oldu. Bu qırğınlar Şamaxıda, Qubada, Qarabağda, Qərbi Azərbaycanda, Cənubi Azərbaycanda və digər ərazilərdə davam etdirildi. Məqsəd Azərbaycan xalıqını məhv etmək, sərvətlərimizi ələ keçirmək idi. Onlara bizim sərvətlərimizi ələ keçirmək lazım idi. Ona görə də ona sahib olan milləti qırıb sərvətlərinə yiyələnmək istəyirdilər. Məsələn, Şamaxıda 58 kənddə 8 mindən artıq insana qarşı soyqırım cinayəti baş verdi. Bu məsələ araşdırıldı, cinayətkarlar həbs olundu. Məsələn, mart soyqırımında iştirak edənlərdən 100 nəfərdən artıq erməni daşnakı həbs edildi".

M.Zülfüqarlı qeyd etdi ki, Cumhuriyyət devirildikdən sonra 1920-1921-ci ildə 48 min azərbaycanlı bolevik-daşnak birləşmələri tərəfindən məhv edilib. Azərbaycan xalqına qarşı qanlı qırğınların davam etdirildiyini deyən M.Zülfüqarlı bildirdi ki, 1948-1953-cü illərdə indiki Ermənistandan azərbaycanlıların deportasiya edilməsi də bu siyasətin davamı idi. O qeyd etdi ki, Sovet dövründə Azərbaycan ərazilərinin ermənilərə verilməsi prosesi genişləndi. "Azərbaycanlılara ögey münasibətin olması nəticəsində SSRİ dağılandan, dövlət müstəqilliyimizi bərpa etdikdən sonra "Dağlıq Qarabağ" kimi süni bir problem ortaya atıldı. Bundan da bir sıra faciələr yarandı. O cümlədən də Qaradağlı, Malıbəyli, Xocalı və başqa faciələr, soyqırımlar baş verdi. Eyni zamanda Bağanis Ayrımda və başqa kəndlərimizdə ermənilər xalqımıza qarşı misli görünməyən soyqırım cinayətləri törətdi. 

Bilirsiz ki, 44 günlük müharibə dövründə də erməni daşnakları və separatçıları öz soyqırım cinayətlərini davam etdirdi. Azərbaycan ordusunun Qarabağda apardığı torpaqlarımızın  azad olunması əməliyyatı zamanı erməni separatçıları müharibə getməyən rayonlarımızı, şəhərlərimizi raket atəşinə tutdular. Separatçıların Gəncəni, Bərdəni, Tərtəri raket atəşinə tutması nəticəsində dinc əhalimiz böyük ziyan çəkdi, qırğına məruz qaldılar. Ermənilərin arxasında duranların kimliyi hər kəsə məlumdur. 

Gəncənin,  Bərdənin, Tərtərin erməni separatçıları tərəfindən raket atəşinə tutulması, mülki əhalimizin öldürülməsi soyqırım cinayətlərinin davamı idi. Ermənilər öz havadarlarına arxalanaraq, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri soyqırım aktlarını XXI əsrdə də davam etdirdilər"-deyən M.Zülfüqarlı əlavə etdi ki, bu gün Azərbaycan qalib dövlətdir, Ermənistan müəyyən güzəştlərə getməyə razıdır, 4 kəndimizin bizə qaytarılması üzərində danışıqlar gedir...

İradə SARIYEVA          

   




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ