Bazar günü günü, 16 avqust 2026
     

Sən ən yaxşı qardaşsan İdrak!

Image



Bu səhər elə bil tərs oyandım yuxudan, içimdə bir dəli həyacan vardı, ona qorxu da demək olar. İçimdəki qorxulardan çox qorxuram, çünki o hiss məni çuğlayanda bəd xəbər alıram. Bəd xəbəri heç kəsə arzulamıram.

İçimdə qəribə bir uğultu vardı, qorxulu uğultu. Gecə yuxuda nə gördüyüm yadında deyil, amma tərs oynadığımı xatırlayıram. Səhər saatlarında əməkdaşımız Günel Cəlilova mesaj yazmışdı, hal- əhval tutduqdan sonra yazdı ki, xəbərin var, İdrak rəhmətə gedib... Dondum... Bir neçə dəqiqə donum açılmadı, matım - qutum qurudu. Bu qız nə deyir, İdrak niyə ölsün ki? Niyə ölməlidir ki? Onun ölən yaşıdır bəyəm? Ağlımdan min bir fikir keçdi. Dedim yəqin Ukraynada olub bu hadisə... Kimin gülləsindən ölüb? Ay Allah bu nə müsibətdi, nə zülmdür, nə məşəqqətdi? Günel dedi ki, sosial şəbəkələrdə İdrakın ürək tutmasından öldüyü deyilir. 

Ürəyə bax, bir ürəyə, İdrak ona heç vaxt xəyanət etmədi, amma o ona xəyanət etdi. Özü də harda? Kiyevdə, qürbətdə, bizdən uzaqda, qəriblikdə. Sən gözəl qardaşım, Ukrayna Rusiya müharibəsinin ilk günlərindən o diyara getdin, getdin ki, insanların fəryadını dünyaya yayasan, ağlayan gözləri siləsən, yazılarınla onlara təsəlli olasan, dəstək verəsən. Əlindən gələni etdin, oradakı azərbaycanlılara böyük kömək oldun. Amma özünü qoruya bilmədin gözəl qardaşım, ürəyini dərdən-qəmdən uzaq tuta bilmədin. Bütün ayrılıqlar özü qürbət kimidir qardaş, qürbət kimi. İçim sızıldayır, gözlərim ağlayır, ürəyim partlayır. Hansı gözəl söz sənə yaraşmır ki. Hansı yaxşı söz səni ifadə etmir ki. Vəfalı dost, sədaqətli dost, abırlı oğlan. Dostlardan nəinki çörəyini, süfrəsini, heç canını belə əsirgəməyən İdraksan sən.

"Ay brat" deyirdin mənə, mən də sənə "qaqam" deyirdim. Mənim qaqam ayrı bir oğlan idi, tanıyanlar bilir, tanımayanlar da bilsin ki, onun abır-həyası, onun sədaqəti, insanpərvərliyi bir örnəkdir.  Səninlə çox gözəl günlərimiz olub, hamısı bir-bir kino lenti kimi gözlərimin qarşısından keçir qaqam. 

Bir-bir düşər

Atlananlar bir-bir düşər.

Sənlə keçirdiyim günlər 

Yadıma bir-bir düşər.

Yadıma düşər və yandırar məni. 

Ağlayıram, özümü qınayıram, ittiham edirəm ki, niyə son vaxtlar səninlə lazımı qədər əlaqə saxlaya bilmədim. Məni həmişə sən axtardın qaqam, həmişə sən soraqladın. Hey deyirdin ki, "İrka, sən mənim bratımsan, ən yaxın bratım". Sən elə oğlan idin ki, İdrak sənin bənzərini həyatda heç görmədim qaqam. 

Məndən cəmi iki yaş böyük idin, amma mənə elə gəlirdi ki, yaşıdıq, bir məktəbdə oxumuşuq, bir partada oturmuşuq. Həmişə elə zənn edirdim ki, sən mənim uşaqlıq dostumsan. Halbuki, biz "Bakı-Xəbər" qəzetində tanış olmuşduq. O vaxtlar sən "Bakı-Xəbər"in idman yazarı idin, mən də  mədəniyyətdən yazırdım. Sonra sən getdin başqa yerdə işləməyə, amma dostluğumuz qaldı, yaşadı. Bizim dostluğumuz sağlam oldu, əbədi oldu İdrak. Təmənnasız dostluq oldu dostluğumuz. Gözlərindən gülən İdrak, abırlı-həyalı İdrak. İşdə hamının hörmətini saxlayırdın, heç kəs səndən tük qədər incimədi qaqam. Heç kəsi incitmədin heç.  Biz o qədər doğma idik ki, onu sözlə demək çətindir, bunu heç deməyə də ehtiyac yoxdur, bizi tanıyanlar hamısı bilir. Sən ən yaxşı qardaşsan İrdak, səndən yaxşı qardaş da yox idi. 

Qar daşı, 

Qarlı dağdan qar daşı.

Xəstə könlü nar istər

Mənim könlüm qardaşı...

Sənin könlün nə istədi İdrak? O qərib ellərdə ürəyin sənə xəyanət edəndə nə keçdi ağlından gözəl qardaşım, nə düşündün? Bütün ayrılıqlar qürbətə bənzər, bütün ayrılıqlar bizə qənimdi. 

Bakıda hər kəs səndən danışır, sosial şəbəkələrdə səndən yazırlar, hamı heyifsilənir, hamı deyir ki, bu nə bəd xəbərdi? Nə qədər adamı yandırdı sənin bəd xəbərin. Ürəyinə qurban qaqam, nə qədər ürəkdə özünə yuva qurubmuşsan, nə qədər insanın könlündə yerin varmış. Mən elə bilirdim təkcə mənim qardaşımsan, demə ki, sənə nə qədər qardaş deyən varmış...

48 il yaşaya bildin, amma bu 48 ilə böyük bir ömür sığışdırdın. Taleyə, bəxtə nə deyim, onu qarğayımmı, yamanlayımı? Niyə səni qürbət ellərə atdı? 

Gözəl qardaşım İdrak, sənin barəndə gah keçmiş, gah da indiki zamanda danışıram. Amma bil ki, sən mənim üçün həmişə donmuş zaman içindəsən, ölümsüzdür o zaman...

Onu da deyim, redaksiyada qızlar həmişə mənə həsəd aparırdılar ki, sənin nə yaxşı qardaşın var...

Qızlar heç zaman yanılmadılar, sən ən yaxşı qardaşsan İdrak! 

İradə SARIYEVA

P.S

"Bakı-Xəbər" media qrupunun rəhbəri Aydın Quliyev və kollektivi qəzetimizin keçmiş əməkdaşı, tanınmış jurnalist İdrak Camalbəylinin vəfatından kədərləndiyini bildirir, dərin hüznlə yaxınlarına başsağlığı verir!




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ