Bazar günü günü, 11 oktyabr 2026
     

Qərb Qarabağda sülh əvəzinə müharibə axtarır...

Image


Qərb yenə Nikol Paşinyanın üzərindən Qafqazda təhlükəli oyunlara girişib. İndi də N.Paşinyanı Brüsselə sürükləməklə yeni gərginliyin əsasını qoymağa çalışırlar. Gün kimi aydındır ki, birtərəfli qaydada Brüsseldə danışıqların aparılması, Ermənistana təhlükəsizlik qarantiyasının yaradılması, Qərbin daha geniş miqyasda regiona hərbi cəhətdən daxil olmaq istəyi bizim ölkəmizə yaxşı heç nə vəd etmir. Çünki bu, hər şeydən əvvəl, "Hayastan"da revanşizmin dirçəlməsinə, nəticədə yenidən müharibənin alovlanmasına səbəb ola bilər və onların da məqsədi elə budur. Bu mənada demək olar ki,  Qərb Rusiya ilə bağlı planlarını reallaşdırmaq niyyəti ilə hazırda Cənubi Qafqazda hökm sürən sabitliyi pozmağı əsas məqsəd kimi qarşısına qoyub. Açıq şəkildə görünür ki, qərb dairələri Cənubi Qafqazı yeni qan çanağına döndərmək üçün çırpınırlar. Həttda həyasızcasına.

Diqqət edin: Danimarkanın keçmiş Baş naziri, habelə NATO-nun keçmiş Baş katibi olmuş Anders Foq Rasmussenin rəhbərlik etdiyi "Ermənistanın Dostları Şəbəkəsi" adlı qrup tərəfindən hazırlanmış 2024-cü il 21 mart tarixli "Avropa İttifaqı-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa; Avropada daha çox Ermənistan" adlı hesabatda yer alan Azərbaycan əleyhinə əsassız iddialar qərbdəkilərin yırtıcı niyyətinin açıq-aşkar ortada olduğunu göstərir. Bu məsələdə ən aktiv siyasi çuğul heç şübhəsiz ki, Fransa prezidenti Emmanuel Makrondur. Siyasi acizliyini və bütün dünyada məsxərə hədəfi olan şəxsi "keyfiyyətlərinin" ona gətirdiyi mənfi imici Cənubi Qafqazda qan tökməklə "kompensasiya" etmək istəyir E.Makron.

Azərbaycanın uğurlarını həzm edə bilməyən E.Makron Fransası ümid edir ki, təcavüzkar ölkəni bu şəkildə dəstəkləməklə bölgədə  gərginlik yaradacaq və bundan istifadə edib çirkin məqsədini həyata keçirəcək. Amma Fransa rəsmiləri anlamalıdırlar ki, atdıqları bu kimi  bu addımlarla heç nə əldə edə bilməyəcəklər. Çünki onların bölgədə xaos və qanlı toqquşmalar yaratmaqla hazırkı vəziyyəti dəyişmək planı sadəcə mümkünsüzdür. Əlbətddə yaxşı xatırlayırıq ki, Fransa son illər Azərbaycan əleyhinə  qətnamələrin qəbul olunması üçün dəfələrlə uğursuz cəhdlər edib, lakin orada Azərbaycan əleyhinə təkliflər gündəliyə salınmayıb. Bu da səbəbsiz deyil. Çünki Azərbaycan öz müstəqilliyinə və tam suverenliyinə qovuşmaq üçün beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində hərəkət edib. Paris Avropa İttifaqında Azərbaycana qarşı sanksiyalar tətbiq etmək üçün qətnamə qəbul olunmasına çalışsa da, yenə fiaskoya uğrayıb.
Prezident İlham Əliyev bu yaxınlarda əbəs yerə bəyan etməmişdi ki, Cənubi Qafqazda aparıcı mövqeyə sahib olmaq siyasəti yürüdən Fransa regionda odun üstünə benzin tökmək prinsipindən çıxış edir, Ermənistan isə militarizasiya siyasəti aparır. Açıq şəkildə görünür ki, N.Paşinyan höküməti rəsmi İrəvanı Fransanın qanlı maraqları üçün tramplinə çevirir.

Ermənistanın bu təxribat oyununun halqasına çevrilməsinə daha bir sübut. Avropa İttifaqının Ermənistandakı misisysasının statusunun parlamentdə ratifikasiya olunması  aprelin 5-də Brüsseldə Paşinyanla Blinken və Ursula fon der Lyayen arsında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşünə hazırlıqla bağlıdır. Bu görüş zamanı hətta Ermənistanın təhlükəsizliyinə zəmanət adlı sənədin qəbul olunacağı da bildirilir. Təbii ki, Qərbin bu hərkətləri Cənubi Qafqazda baş verən prosesləri birtərəfli həll etmək niyyəti daşıyır. Bu, həm sülh prosesinə zərbədir, həm də Azərbaycanın maraqlarına ziddir. Çünki, bütün bu proseslər sərhədlərimizdə baş verir. Ölkəmiz Ermənistana sülh və əməkdaşlıq təklif etdiyi halda Ermənistan hakimiyyəti isə regiona ABŞ və Aİ-nın hərbi bazasını yaratmağa çalışır. Burda sual olunur ki, ABŞ və Ai-nın hərbiçiləri Ermənistanı kimdən qorumaq üçün zəmanət vermək istəyir. Təbii ki, Azərbaycan müharibənin başa çatdığını və Ermənistanın ərazilərində gözü olmadığını açıq şəkildə bəyan edib. Qərbə isə Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranması maraqlı deyil və ona görə də Ermənistanı silahlandırır. Qərbin bu addımları Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən irəli gəlir. Qərbin hərbi bazasının Ermənistanda yerləşdirlməsi Rusiyanın və İranın maraqlarına da ziddir. Çünki, uzun illərdir ki, Rusiya Ermənistanda 102-ci hərbi bazasını saxlayır və sərhədlərini qoruyur. ABŞ-ın hərbi bazasının Ermənistanda yerləşməsi Rusiyanın 102-ci bazası ilə Qərbin üz-üzə gəlməsinə gətirib çıxaracaqdır. Beləliklə Rusiya hərbiçiləri ilə Qərbin hərbiçşiləri arasında Ermənistanda toqquşmanın baş verməsi qaçılmaz olacaq.
Amma Ermənistanı əzizləyib Azərbaycan əleyhinə yeni müharibəyə sövq edənlərin siyahısında daha biri var: Hindistan!

Bu ölkə ermənilər üçün sanki "əldən-ayağdan" getmək siyasəti yürüdür. Erməni və hind sevgisi hardan qaynaqlanır belə? –bilən də yoxdur soruşasan, yazılmayıb ki oxuyasan... Bu günlərdə Hindistanın "Hindustan Aeronautics Limited" (HAL) və "Container Corporation India" (CONCOR) şirkətlərinin yaratdıqları birgə işçi qrup Ermənistana "strateji yüklərin ixrac"ına başlayıb. Bu barədə "Telegram" kanalları məlumat yayıb. HALCON Hindistandan Ermənistana ilk yükdaşıma əməliyyatını da gerçəkləşdirib. Baş ofisi Rusiyanın Perm şəhərində yerləşən "Gelix Airlines" aviaşirkətinə məxsus "İlyuşin İl-76 TD" yük təyyarəsi ilə Hindistandan Ermənistana hərbi texnika daşınıb. Hindistanın Maharaştra ştatındakı Naşik aeroportundan havaya qalxan "İl 76-TD" yük təyyarəsi "RA-76360" reysi ilə uçaraq İrəvandakı "Zvartnos" aeroportunda enib. Təyyarənin yükü 214 mm çaplı "Pinaka" reaktiv yaylım atəşi sistemləri (RYAS) olub.

Qeyd edək ki, Ermənistanla Hindistan arasında ötən il imzalanmış 442,2 milyon dollarlıq 4 anlaşma çərçivəsində həyata keçirilən bu reyslə ermənilərə 4 "Pinaka", zəruri ehtiyat hissələri, mərmilər və s. çatdırılıb. Beləliklə, rəsmi Dehli ermənilərin silahlandırılması üçün "hava dəhlizi" yaratdığını bəyan edəndən sonra açıqlamasını reallaşdırıb. Məlumata görə, İrəvan orta mənzilli "BrahMos" hava raketlərini və yerüstü, qısamənzilli taktiki "Pralay" ballistik raketləri almaqda qərarlıdır. Bir sözlə, son dövrlər Ermənistanın Hindistanla silah sahəsində əməkdaşlığı artır. Aydın məsələdir ki, İrəvanın Hindistandan aldığı bu silahlar heç də müdafiə məqsədi daşımır. Həmin silahları almaqda İrəvanın əsas məqsədi Azərbaycanı hədəfə almaqdır. Bu hadisənin ardınca Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan yerli KİV-ə müsahibəsində bildirib ki, Hindistandan gətirilən silahlar artıq bir ildir ki, Ermənistandadır, lakin yararsız vəziyyətdədir. O bildirib ki, əlində Hindistandan gətirilən silahların vəziyyətinə dair yazılı məlumat var.

Beləcə həm qərb, həm də Hindistan və bölgədə ciddi maraqları olan digərləri var gücləri ilə Ermənistanı nəticəsi öncədən məlum olan müharibə fəlakətinə sürükləyirlər. Niyyətləri odur ki, nə olursa olsun qan tökülsün, Ermənistanın kapituliyasiya durumundan çıxarsınlar, dağıdıcı müharibə yolu ilə nələrisə dəyişsinlər. Amma normal düşüncə və reallığı anlamaq qabiliyyəti olan hər kəs bilir ki, hazırda Ermənistanın düşdüyü durumdan çıxması sadəcə mümkünsüzdür. Çünki 44 günlük müharibənin nəticələrini dəyişmək həm xülyadır, həm də yırtıcı maraqlar üçün hazırlanan qanlı ssenaridən başqa bir şey deyil, vəssalam. Belə görünür ki, erməni qəbiristanlıqları növbəti kütləvi məaarlıq üçün hazırlıq görürlər. Bu dəfə E.Makronun qurbanlarını qarşılamağa...

Mətləb Salahov

 




VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ