Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Təltif olunanlar arasında gənc hərbçimiz, baş leytinat Elşən Babayev də var.
Dövlət başçısının Sərəncamı ilə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Babayev Elşən Elşad oğlu "Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
E.Babayev 44 günlük Vətən Müharibəsində xüsusi rəşadət göstərib, torpaqlarımızın işğaldan azad olunmasında əsl qəhrəmanlıq nümayiş etdirib. Hərbçimizin bu qəhrəmanlığı ölkə başçısı trəfindən yüksək qiymətləndirilib. Cəsur Azərbaycan oğlu "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.