Artıq 1 ildən çoxdur dünyanın kabusuna çevrilən məşum COVİD-19 – koronavirus sıralarımızdan daha bir həmkarımızı aldı. Bu gün səhər saatlarında tanınmış jurnalist, “Azeri Defence” hərbi jurnalının baş redaktoru Rəşad Süleymanovu itirdik.
İşinin peşəkarı, gözəl ailə başçısı, 3 övlad atası və ən əsası, dəyərli dostumuzun itkisi çox ağır oldu... Bir bilsəydiz doğma yurdu Füzuli işğaldan azad olunanda necə sevinirdi... Lakin nə etməli ki, həyat hər zaman bizə istədiklərimizi yaşatmır...
Başda baş redaktor Aydın Quliyev olmaqla, “Bakı Xəbər” kollektivi qələm dostumuz Rəşad Süleymanova Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyir...
Baki-xeber.com