Bu gün Ermənistan diasporunun Moskvadakı üzvləri azərbaycanlıların erməni ticarətçilərini bazarda boykot etməsindən şikayət etmək məqsədilə “Fud Siti” topdansatış mərkəzinə gəlib.
Baki-xeber.com SalamNews-ə istinadən xəbər verir ki, erməni konsul və diaspor üzvləri mərkəzə görüş üçün heç bir müraciət etmədən və akkreditasiyadan keçmədən gəlib və mərkəzin konfrans zalında oturaraq rəhbərlik tərəfindən qəbul edilmələrini tələb ediblər. Lakin onların gözlədiyinin əksinə olaraq. zala rəhbərlik deyil, güvənlik işçiləri daxil olub və onlardan dərhal “Fud Siti” ərazisini tərk etmələrini tələb edib. Etiraz etdikdə isə erməni təxribatçılar haqq etdikləri formada – zor tətbiq olunmaqla güvənlik tərəfindən qovulub.
Xatırladaq ki, Moskvadakı “Fud Siti” topdansatış mərkəzinin rəhbərliyi Ermənistanın Tovuz rayonu istiqamətindən torpaqlarımıza təcavüzünün dərhal ardından erməni mallarının bazara çıxmasına qadağa qoyub. Nəticədə bütün erməni furaları malları ilə birlikdə mərkəzin ərazisini tərk etməli olub.
SAMİRƏ