05/08/2020 17:33
728 x 90

İsveçin Yöteborq şəhəri avtomobillərinin nömrə yerində “Qarabağ Azərbaycandır” sözləri... - VIDEO

img

İsveçin Yöteborq şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib.

Bu barədə baki-xeber.com-a Qarabağ Azadlıq Təşkilatının mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Aksiya iştirakçıları nömrə yerlərinə “Qarabağ” sözü yazılmış, həmçinin “Qarabağ Azərbaycandır” şüarları, Azərbaycan bayraqları ilə bəzədilmiş maşınlardan ibarət karvanla şəhərin mərkəzi küçələrində yürüş keçirib, döyüş mahnıları səsləndiriblər. Sonra şəhərin mərkəzi meydanında 100-ə yaxın adamın iştirakı ilə mitinq keçirilib. Mitinq Azərbaycanın dövlət himninin ifası, Tovuz istiqamətindəki son döyüş zamanı həlak olan əsgər və zabitlərimizin, bütün Şəhidlərimizin xatirəsinin yad olunması ilə başlayıb, çıxışlarda Azərbaycanın siyasi və hərbi rəhbərliyinə, Azərbaycan Ordusuna dəstək bildirilib, Azərbaycan Ordusunun Ermənistanın son təxribatına layiqli cavab verməsi vurğulanıb, düşmən üzərində tam qələbə arzuları ifadə edilib. Mitinq gedişində vətənpərvərlik mahnıları, marşları səsləndirilib, yerli əhalinin diqqəti Azərbaycana qarşı Ermənistanın işğalçı hərəkətlərinə cəlb edilib. Tədbirin təşkilatçısı, Avropa Qarabağ Mərkəzi Təşəbbüs qrupunun üzvü Kənan Hacıəkbəroğlu çıxış edərkən bildirib: “Hər birimizin ürəyi Vətənimiz Azərbaycanla döyünür. Səfərbərlik elan olunan kimi hər kəs Vətənə dönüb Orduya qatılacaq. Ordumuzun qələbəsinə inanır, düşmənə qarşı həlledici savaş gününü səbrsizliklə gözləyirik”.

Hazırladı: Zümrüd VƏLİYEVA

Son xəbərlər