10/08/2020 19:41
728 x 90

Ərdoğandan Azərbaycana möhtəşəm dəstək: "Əcdadın Qafqazda yerinə yetirdiyi görəvi davam etdirəcəyik...." - VİDEO

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu pisləyərək Azərbaycana dəstəyini ifadə edib. 

Baki-xeber.com-un xəbərinə görə, Ərdoğan Nazirlər Kabineti toplantısının ardından verdiyi açıqlamada Ermənistan tərəfindən Azərbaycana edilən hücumu şiddətlə qınadığını deyib və Vətənini müdafiə edən Azərbaycan şəhidlərinə Allahdan rəhmət, yaralılara şəfa diləyib. O deyib ki, bu hücum Dağlıq Qarabağa sərhədində deyil, birbaşa iki dövlət arasındakı sərhəddə ağır silahlardan istifadə edərək olunub. Bu, Azərbaycana qarşı bilərəkdən edilən hücum olmaqla, Ermənistanın çapını aşan hadisədir.

"Türkiyə qədim dostluq bağları və qardaşlıq əlaqələri olan Azərbaycanın haqqına, hüququna, torpaqlarına yönəlmiş hər cür hücumun qarşısında dayanmaqda əsla tərəddüd etməyəcək. Dünyadakı bütün siyasi, diplomatik, sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur”- Ərdoğan deyib.

Xəbərin videosunu təqdim edirik:

SAMİRƏ

Son xəbərlər