Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla Rusiya XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ermənistan XİN-in mətbuat xidməti xəbər verib. Xəbərdə bildirilir ki, tərəflər "Ermənistan-Azərbaycan sərhədindəki gərgin vəziyyəti və onun həlli yollarını, həmçinin bölgədəki stabillik və təhlükəsizlik" məsələlərini müzakirə edib.
Xəbərdə o da deyilir ki, Ermənistanın XİN rəhbəri guya Azərbaycan Ordusunun Ermənistan ərazisində olan erməni silahlı qüvvələrinin dayaq məntəqəsini ələ keçirməyə cəhd göstərdiyini bildirərək, bunu yolverilməz adlandırıb.