İranın İraqdakı amerikalı diplomatlara hücum planını təsbit edən Pentaqon islam ölkəsinin xarici əməliyyatlar korpusuna rəhbərlik edən Qasım Süleymaninin öldürülməsi əməliyyatını hazırlayıb.
Baki-xeber.com-un xəbərinə görə, İran generalı Qasim Süleymaninin ləğvi barədə əmri şəxsən ABŞ prezidenti Donald Trampın verdiyi bildirilir. “New York Times”ın Pentaqonun 3 yanvar tarixində dərc etdiyi bəyanatında deyilir:"General Süleymani amerikalı diplomatlara və İraqda və bütün regionda xidmət edənlərə hücum planlarını fəal şəkildə işləyib hazırlamışdı. O və onun xüsusi təyinatlı əl-Qüds dəstəsi yüz minlərlə Amerika və koalisiya xidmətlərinin nümayəndələrinin ölümünə və yaralanmasına görə məsuliyyət daşıyır",
ABŞ-ın hərbi idarəsi bildirib ki, bu zərbə "İranın hücumla bağlı gələcək planlarının qarşısının alınmasına" yönəlib.
"Birləşmiş Ştatlar bütün dünyada insanlarımızı və maraqlarımızı qorumaq üçün bütün tədbirləri görməyə davam edəcək", - deyə bəyanatda vurğulanır.
Xəbərdə o da qeyd olunur ki, Süleymaninin ləğvi əməliyyatı İranın ünvanına ABŞ-ın müdafiə naziri Mark Esperin çıxardığı xəbərdarlıqdan sonra aparılıb. Esper bildirib ki, ABŞ-ın regiondakı baza və heyətinə hücumlara hazırlıq əlamətləri aşkar edilərsə, hərbçilər İranın İraq və Suriyada dəstəklədiyi qüvvələrə zərbələr endirəcək.
İran tərəfi general Süleymaninin ölüm faktını təsdiq edib. Hətta xəbərə görə, dövlət televiziyası generalın ölümü barədə açıqlama vermək üçün verilişlərin yayımını dayandırıb.
Xatırladaq ki, İslam İnqilabı Küşikçiləri Korpusunun generalı Qasım Süleymani 1998-ci ildən ölkə xaricində gizli hərbi əməliyyatlar icra edən "Qüds qüvvələri" xüsusi hərbi birləşməsinin komandiri idi.
SAMİRƏ