Yanvarın 2-də Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd Türkiyə Böyük Millət Məclisinin (TBMM) fövqəladə iclasında müzakirəsyə çıxarılıb.
Baki-xeber.com xəbər verir ki, TBMM-də müzakirə zamanı Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd qəbul edilib.
Sənədin müzakirəsindən sonra səsvermə keçirilib. Səsvermə nəticəsində 184 səsə qarşı, 325 səslə sənəd qəbul edilib. Səsvermədə ümumilikdə 509 deputat iştirak edib.
Xatırladaq ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda "Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması", eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb.
Memorandum imzalandıqdan sonra qısa müddət sonra Prezident Rəcəb Tayyib Ərdoğan Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi barədə düşünəcəyini açıqlayıb. Bu açıqlamadan sonra isə BMT-nin də tanıdığı Tripoli hökuməti Türkiyədən hərbi dəstək istəyib.