Korrupsiya ittihamı ilə ev dustaqlığına məhkum edilən “Nissan”ın keçmiş baş direktoru Karlos Qon Yaponiyadan qaçıb və Livana gedib.
Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Qonun qaçış planının təfərrüatları hələ açıqlanmır.
Ancaq Yaponiya rəsmiləri, bir müddət əvvəl bu ölkədən İstanbula xüsusi bir təyyarənin getdiyini açıqlayıb. Qeyd edilir ki, Qon İstanbuldan vasitəsilə Livana qaçıb.
Bu iddialarla əlaqədar Türkiyə Respublikası Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. Olayla bağlı 7 nəfərin həbs edildiyi bildirilir.