Liviyaya hərbi qüvvələrin göndərilməsi ilə bağlı sənəd Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Liviyaya hərbi qüvvələrin göndərilməsini dəstəkləyən sənəd yanvarın 2-də TBMM-in fövqəladə iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Liviya ilə Türkiyə arasında 27 noyabr 2019-cu ildə İstanbulda “Şərqi Aralıq dənizinin nəzarət sahələrinin razılaşdırılması”, eləcə də "Təhlükəsizlik və hərbi əməkdaşlıq" memorandumu imzalanıb.
Memorandum imzalandıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan Tripoli hökumətinin istəyi olacağı təqdirdə Ankaranın Liviyaya hərbi qüvvə göndərməsi barədə düşünəcəyini açıqlayıb.
Bir neçə gün əvvəl isə Tripolidə qərarlaşan Faiz Sərracın rəhbərlik etdiyi Milli Birlik Hökuməti Türkiyədən quru, hava və dənizdə hərbi dəstək istəyib.