Cümə axşamı günü, 05 noyabr 2026
     

Mövlud Çavuşoğlu "Nyu-York Tayms"da Türkiyənin Suriya əməliyyatından yazdı

Image


"Nyu-York Tayms" qəzeti Türkiyə Cumhuriyyətinin Xarici işlər naziri Mövlud Çavuşoğlunun "Nəyə görə Türkiyə mübarizəni Suriyaya daşıdı? "- adlı məqaləsini dərc edib.

TC Bakı Böyükelçiliyindən “Bakı Xəbər”ə daxil olan məqalə mətnində deyilir:

Türkiyənin Suriyanın şimal-şərqindəki hərbi əməliyyatının Amerika mətbuatında DAİŞ (və ya İslam Dövləti deyilən) qalıqlarına qarşı mübarizəni sarsıdan və Amerikanın müttəfiqlərinə inamını sarsıdan kürdlərə hücum kimi şərh edilməsi Türkiyə tərəfində təəssüf doğurur. Çünki Türkiyə ilə ABŞ-ın 67 illik NATO müttəfiqliyi müvəqqəti, taktiki və ya mübahisəli olmayıb.

Türkiyə sərhəd rayonlarında terrorçuların yaratdığı təhlükəni aradan qaldırmaq yolu ilə milli təhlükəsizliyi təmin etmək məqsədilə əməliyyata başlayıb. Bu əməliyyat orada yaşayan suriyalıları terror təşkilatlarının zülmündən azad edəcək, Suriyanın ərazi bütövlüyü və siyasi birliyi üçün təhlükəni aradan qaldıracaq. Bu iki irəliləyiş öz yurd-yuvasını məcburi tərk etmiş suriyalıların təhlükəsiz və könüllü şəkildə geri qaytarılmasına kömək edəcək.

Türkiyə heç vaxt öz sərhədlərində terror təşkilatının nəzarəti altında dəhlizin olmasını qəbul etməyib. Biz dəfələrlə, BMT Baş Assambleyası da daxil olmaqla, təhlükəsiz zonanın yaradılmasını təklif etmişik. Biz ABŞ-ı terrorçulara maliyyə dəstəyini dayandırmağa çağırmışıq. Lakin ABŞ-ın təhlükəsizlik bürokratiyası PYD/YPG kimi tanınan bir təşkilatdan qısa müddətdə qopa bilmədi. Halbuki, ABŞ hökumətindəki önəmli isimlər, Avropa Birliyi və NATO PYD/YPG-nin Türkiyədə PKK kimi taninan terror örgütü ilə bağlantısını etiraf edirdi. Əslində, amerikalı həmsöhbətlərimiz bu qüvvələrin bizim sərhədlərimizdən kənara çıxarılmalı olduğuna əmin görünürdü və biz hətta bu barədə razılığa gəldik. Avqust ayındakı görüşmələrdə hərbi danışıqlar PYD / YPG -nin çıxarılacağı və təhlükəsiz zonanın yaradılacağına dair  qarşılıqlı öhdəliyin meddəti başa çatdı. Lakin Amerika Birləşmiş Ştatları bu öhdəliyini yerinə yetirə bilmədi və bizdə belə bir güclü təəssürat yarandı ki, terrorçu qruplaşma Suriyada mövqelərini daha da möhkəmləndirmək üçün vaxt qazanmağa çalışır. PYD / YPG özünü dünyaya İŞİD-lə müharibə qrupu kimi  təqdim etmək üçün cəhd edə bilər, lakin onun türk torpaqlarında tunellər qazmaqla PKK-ya partlayıcılar ötürdüyü bir gerçəkdir. Onun üzvləri həbsxanadan azad edilmiş məhbusları Türkiyəyə göndərirlər. Hələ 2017-ci ilin noyabrında Bi-Bi-Si xəbər vermişdi ki, Raqqa şəhərinin azad edilməsi üzrə koalisiyanın əməliyyatı zamanı Suriya Demokratik Qüvvələri yüzlərlə terrorçunun qaçmasına imkan verən məxfi sövdələşmə imzalayıb. Biz hərəkət etməli idik. Bəziləri Suriyada kürd əhalinin təhlükəsizliyi ilə bağlı narahatlıqlarını bildirib. Bir daha demək və vurğulamaq istəyirəm ki, Türkiyə kürdlərə qarşı mübarizə aparmır. Mübarizəmiz terrorçulara qarşıdır. Vəziyyəti "türklər kürdlərə qarşı" kimi təqdim etmək qərəzli yanaşmadır və doğru deyil. Kürdlər düşmənlərimiz deyil. Bizim hədəfimiz öz nəzarətində olan ərazilərdə uşaqlar silahlandıran, müxalifləri qorxudan, demoqrafik strukturu dəyişdirməyə çalışan və insanları məcburi hərbi xidmətə zorlayan PKK və PYD/YPG-nin birgə həyata keçirdiyi fəaliyyətdir. PYD/YPG boyunduruğu altında zərər çəkmiş kürdlər, ərəblər, xristianlar və başqaları azadlıq əldə edərkən daha yaxşı bir durumda olacaqlar. Dünya Xristianlar Şurası israrla bunu təkid edir. Biz bu əməliyyata başlayarkən sivil vətəndaşlar üçün bütün mümkün risqləri minimuma endirmək və humanitar böhranın qarşısını almaq yönündə bütün addımları atdıq. Son bir neçə ildə Türkiyə şimali-şərqi Suriyadan olan çoxsaylı qaçqınlara, o cümlədən ərəblərə, kürdlərə və türkmənlərə sığınacaq verib. 300 mindən artıq kürddən ibarət olan bu qaçqınların əksəriyyəti terrorçular tərəfindən evlərindən didərgin salınıb. Biz Türkiyədə bu insanlar üçün təhlükəsizlik, mənzil və yaşayış vasitələrini təmin etdik. Biz çörəyimizi böldük və onlara kommunal xidmətlərimizdən istifadə etməyə imkan verdik. Türkiyə dünyanın ən səxavətli humanitar yardım ölkəsidir və bütün dünyada qaçqınların əksəriyyətinə evdir. Son üç ildə Türkiyə etibarlı model yaradıb. 2016-17-ci illərdə Cerablus və onun ətrafında və 2018-ci ildə Afrində də daxil olmaqla, Suriyanın şimal-qərbində Türkiyənin əməliyyatları geniş ərazini terrorçulardan təmizləyib. Bu əməliyyatlardan sonra terrorçuların qurbanı olmuş icmalar sülh şəraitində yaşamağa və nizamlı idarəetmədən istifadə etməyə başladılar. Suriyanın şimal-qərbində 365 min qaçqın öz evlərinə qayıdıb. Təmin etdiyimiz sosial xidmətlərə 230 000 şagird yerlik məktəblər də daxildir. Suriyanın şimal-qərbində 6 təcili yardım maşını olan 55 xəstəxanada 2 mindən çox Suriya və Türk əməkdaşı fəaliyyət göstərir. Onların istifadəsi eçen çoxsaylı sosial obyektlər və idman qurğuları, o cümlədən bir futbol meydançası tikilib, müəssisələr açılıb, o cümlədən ticarəti asanlaşdırmaq üçün sərhəd keçidi açılıb. Verilən maliyyə dəstəyi kənd təsərrüfatı və heyvandarlığın inkişafına səbəb olub.

Türkiyənin əvvəlki əməliyyatlarını Rakka koalisiyasının dağılması ilə müqayisə edin, o zaman antiterror əməliyyatlarını nə qədər diqqətlə idarə etdiyimizi görəcəksiniz. Bu əməliyyatlardan öyrənilən təcrübə bu dəfə daha yaxşı bir iş çıxarmağımıza kömək edəcək. PKK və YPG dünya ictimaiyyətini şantaj edir və guya onlar olmadan İŞİD-lə mübarizənin gücünü itirəcəyini iddia edir. Ancaq bu vəhşi terrorçularla mücadilədə müttəfiqlərimiz axıra qədər Türkiyə ilə əməkdaşlığı davam etdirsələr, heç bir qüvvə itirilməyəcək. Biz yeganə millətik ki, İŞİD-ə qarşı şəxsən döyüş meydanına çıxmışıq. İŞİD və digər terror təşkilatlarına qarşı mübarizə hər kəsin töhfəsi və əməkdaşlığı sayəsində davam etdiriləcək. Bəzi Avropa ölkələri bu təşkilata qoşulan vətəndaşlarının repatriasiyasını bir qədər könülsüz həll edir. Ancaq problemin həllini arzulamaq siyasət ola bilməz. Onlar da öz payına düşən yükü daşımalıdır. Biz Türkiyə olaraq hesab edirik ki, suriyalı qaçqınların öz evlərinə qayıtmasına və İŞİD və digər terrorçu qruplaşmaların yenidən peyda ola bilmədikləri şəraitin təmin olunmasına əsas yaratmışıq. Mən Suriya qaçqınlarının təhlükəsiz və könüllü qaytarılmasının diqqətlə planlaşdırılması və idarə olunması qənaətindəyəm. Bu proses beynəlxalq hüquqa uyğun və BMT ilə əməkdaşlıq şəraitində həllini tapmalıdır. Suriya bir çox etnik qrupların yaşadığı ölkədir və Suriya böhranı siyasi həllini tapana qədər idarə olunan və təmsilçiliyə əsaslanan yerli şuralar yaradılmalıdır. Bu yaxınlarda antiterror əməliyyatından sonra Türkiyə kürdlərin əksəriyyət təşkil etdiyi rayonlarda əhali sayının təyini məqsədilə yerli özünüidarəetmə Şuralarının yaradılmasını fəallaşdırıb. İndi suriyalılar evlərinə qayıtmaq istəyir. Onlar çox əziyyət çəkdilər. Biz təşəbbüs edirik ki, milyonlarla qaçqının evlərinə qayıtması üçün lazım olan sülh şəraiti yaradaq. Yaranmış yanlış təsəvvürlərin əksinə olaraq, bizim əməliyyatımız problemi humanitar aspektə yönəltməyə, ölkənin bütövlüyünü qorumağa və siyasi prosesə öz töhfəmizi verməyə kömək edəcək.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ