12/11/2019 23:39
728 x 90

Türkiyə Suriyada bir şəhəri terrorçulardan azad etdi - YPG-nin nəzarətindəki bölgədə ABŞ əsgərləri və iki naməlum helikopter göründü - FOTO

img

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) terror dövləti qurulmasının qarşısını almaq və suriyalıların öz ölkələrinə qayıtması üçün başlatdığı “Barış pınarı” (Sülh bulağı) antiterror əməliyyatı davam edir.

Baki-xeber.com xəbər verir ki, əməliyyatın 4-cü günündə TSQ və Azad Suriya Ordusu Suriyanın Resulayn şəhərinin mərkəzini ələ keçirib.

Bundan başqa 14 kənd terrorçulardan azad edilib. "Sülh bulağı" antiterror əməliyyatı nəticəsində indiyə kimi öldürülən PKK/PYD-YPG terrorçularının sayı 459-a çatıb.

Türkiyənin əməliyyatı davam edərkən “Reuters” xəbər agentliyi, Suriyanın Qamışlı bölgəsində görünən Amerika əsgərlərinin şəkillərini yayıb.

“Demirören” xəbər agentliyi isə, Qamışlı hava limanına yük təyyarəsinin endiyi barədə məlumat yayıb. Hava limanına enən təyyarənin hansı ölkəyə məxsus olduğu və yükün nədən ibarət olduğu məlum deyil. YPG terrorçuları Qamışlıdan Türkiyənin Nusaybin bölgəsini tez-tez artilleriya atəşinə tutur və terrorçular indiyə kimi 11 mülki şəxsin ölümünə səbəb olublar.

Bundan başqa, agentlik Ayn El Arab bölgəsində naməlum helikopter göründüyünü bildirir. Hansı ölkəyə aid olduğu bilinməyən iki helikopter, terror təşkilatının nəzarətində olan bölgə üzərində bir müddət havada qaldıqdan sonra yoxa çıxıb.

Bu arada, Ankara amerikalı hərbçilərin Türkiyənin Suriyada əməliyyat keçirdiyi təhlükəsizlik zonasından bir neçə yüz metr aralıda atəşə tutulduğu barədə məlumatları təkzib edib. Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib ki, Türkiyə hərbçiləri Suriyadakı əməliyyat zamanı öz addımlarını ABŞ tərəfi ilə koordinasiya edir.

"ABŞ hərbçiləri və koalisiyasının atəşə tutulmasından söhbət belə, gedə bilməz. Bizim Baş Qərargahla amerikalılar arasında lazımı koordinasiya aparılır", - deyə Akar qeyd edib.

Bundan əvvəl Pentaqon məlumat yayıb ki, Suriyada Kobani yaxınlığında Amerikalı hərbçilər Türkiyə artilleriya qüvvələri tərəfindən atəşə tutulub. "ABŞ hərbçiləri arasında yaralılar yoxdur", - deyə Pentaqonun yaydığı məlumatda bildirilir.

Son xəbərlər