19/10/2019 17:26
728 x 90

Trampın vəkili Culiani ilə əlaqəsi olan iki biznesmen “seçki və ukrayna işi”lə əlaqədar həbs edildi

img

ABŞ prezidenti Donald Trampın şəxsi vəkili Rudolf Culiani ilə əlaqəsi olan iki biznesmen həbs edilib. Baki-xeber.com “Amerikanın səsi”nə istinadən xəbər veri ki, onlar Trampın seçkiqabağı kampaniyası zamanı maliyyə qanunlarını pozmaqda ittiham edilir.

Iki gün əvvəl axşam Vyanaya yola düşməzdən əvvəl həbs edilən Lev Parnas və İqor Fruman məhkəmə qarşısına çıxarılmalıdır.

Bu haqda Wall Street Journal onlara yaxın mənbələrə əsasən məlumat yayıb. Bildirilib ki, Fruman və Parnas federal və ştat səviyyələrində dövlət vəzifələrinə namizədlərin dəstəklənməsi üçün xarici mənbələrdən pul alıb.

Ukraynalı biznesmen Parnas və belaruslu daşınmaz əmlak investoru Fruman Culianiyə Ukraynanın siyasi dairələrinə çıxmağa yardım edib.

Seçkiqabağı kampaniyaların maliyyələşdirilməsini araşdıran Campaign Legal Center şirkəti 2018-ci ilin iyul ayında bu iki şəxslə bağlı Federal Seçki Komissiyasına şikayət ünvalanmışdı. Məqsəd 325 min dollarlıq maliyyə yardımının mənbəyinin aşkarlanması idi.

Son xəbərlər