Rusiyadan Türkiyəyə Bəşər Əsəd təklifi…

Türkiyənin Suriyanın şimalında “Barış Pınarı” (Sülh bulağı) əməliyyatına başlamasının ardından, Rusiya Dəməşqlə Ankara arasında vasitəçilik təklif edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov açıqlama verib.
Lavrov, Moskvanın, Suriya ilə Türkiyə arasında dialoq başladılması üçün hər iki ölkəyə çağırış edəcəyini bildirib. "Türkiyənin sərhəd təhlükəsizliyi əlaqədar narahatlıqlarını anlayırıq. Türkiyənin Suriyanın şimal-şərqindəki əməliyyatı, ABŞ-ın bu bölgədə atdığı addımların nəticəsidir" - Lavrov deyib.