12/11/2019 15:23
728 x 90

Türkiyə ordusunun yaxın 24 saat ərzində Suriyada hərbi əməliyyata başlayacağı açıqlandı

img

Türkiyənin Suriyanın şimalındakı terrorçulara keçirəcəyi hərbi əməliyyat hər an başlaya bilər.

Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, Pentaqonun ABŞ əsgərlərinin bölgədən çıxmasının tamamlandığını elan etdikdən dərhal sonra, Amerika mətbuatı Türkiyənin əməliyyata başlaması ilə bağlı konkret vaxt açıqlayıb.

“Amerikanın səsi”, ABŞ rəsmilərinin Türkiyənin önümüzdəki 24 saat ərzində Suriyanın şimal-şərqində əməliyyata başlayacağını gözlədiyini yazıb.

ABŞ Müdafiə Nazirliyi, Fəratın şərqinə gözlənilən hərbi əməliyyatın mümkün marşrutu üzərindəki qoşunların yerlərinin dəyişdirildiyini bildirib. Bundan əvvəl “Reuters” və BBC-yə açıqlama verən rəsmilər, ABŞ əsgərlərinin çəkilmə əməliyyatı başa çatdıqdan sonra Türkiyənin əməliyyata başlayacağını söyləmişdi.

Türkiyə rəsmiləri də ordunun qısa müddət ərzində Azad Suriya Ordusu ilə birlikdə Türkiyə-Suriya sərhədini keçəcəyini bildirib.

Son xəbərlər