Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalındakı terrorçu qruplarla mübarizə və bu bölgədə nəzərdə tutulan təhlükəsizlik zonası əməliyyatı ilə bağlı açıqlama yayıb.
Baki-xeber.com xəbər verir ki, nazirliyin sosial mediada yaydığı açıqlamada ordunun təhlükəsizlik zonası əməliyyatına tam hazır olduğu ifadə edilir.
Nazirliyin rəsmi Twitter hesabındakı paylaşımdabu ifadələrə yer verilib: "Gücünü millətimizdən alan TSK PKK/PYD-YPG-SDQ və İŞİD kimi terror təşkilatları başda olmaqla hər cür təhdid və təhlükəyə qarşı gecə-gündüz, yay-qış və dağ yamac demədən əzm və qətiyyətlə mübarizəni davam etdirməkdədir. Şanlı ordumuz təhlükəsizlik zonası əməliyyatına tam hazırdır".
Ankaranın bu açıqlaması ABŞ-ın qoşunlarını ərazidən çıxarmağa başlamasından sonraya təsadüf edir ki, belə bir addım uzun müddət Vaşinqtonla müttəfiq olan kürd qüvvələrə qarşı əməliyyatlara zəmin yaradıb.
Səhra müdafiə qurğularını məhv etmək üçün artilleriya silahı olan haubitsalar Akçakaledə sərhədin Türkiyə tərəfindəki yer örtüklərinin arxasında yerləşdirilərək Suriyaya tərəf yönləndirilib, raket atıcıları və digər artilleriya silahları başqa bir sərhəd şəhəri olan Suruc bazalarına tərəf yönləndirilib.