Türkiyə Suriyada yeni hərbi əməliyyata başlasa ABŞ əsgərlərini geri çəkəcək...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında hərbi əməliyyatla bağlı Vaşinqton rəhbərliyinə verdiyi iki həftəlik müddət başa çatdı. Indi bütün diqqətlər Türkiyə-Suriya sərhədinə yönəlib. Ankara hər an Suriyanın şimalında hərbi əməliyyat başlamaq qərarı verə bilər.
Baki-xeber.com xəbər verir ki, PKK/ YPG-nin nəzarətində olan sözügedən bölgədə ABŞ əsgərləri də var. “Wall Street Journal” (WSJ) qəzetinə açıqlama verən ABŞ rəsmilərindən biri bildirib ki, Türkiyə Fərat çayının şərqində hərbi əməliyyata başlayarsa, ABŞ əsgərlərini geri çəkmək məcburiyyətində qalacaq.
Qəzet yazır ki, Türkiyənin böyük əməliyyat üçün bütün hazırlıqları tamamlanıb və əməliyyat başlasa ABŞ əsgərlərini bölgədən çıxarmağa məcbur olacaq.
"Türkiyə bölgəyə çox sayda zirehli texnika yığıb. Bölgəyə kiçik və ya böyük bir hərbi qüvvə ilə girə biləcək Türkiyə ilə YPG arasında qarşıdurma ABŞ-ın bölgədən çəkilməsini sürətləndirəcək. Böyük bir fırtına... Çıxmaqdan başqa çarəsi qalmaya bilər" – ABŞ rəsmisi qəzetə deyib.
Xəbərdə o da qeyd edilir ki, Türkiyə 48 saat əvvəldən xəbərdarlıq etməsə, ABŞ lazımlı addımları ata bilməz və əsgərlərin həyatı üçün təhlükə yarana bilər.