İraq yenidən qarışdı – hökumət əleyhinə aksiyalarda 12 nəfər öldü, 100-dən çox yaralı var... - FOTO

İraqda oktyabrın 1-dən başlayan hökumət əleyhinə aksiyalarda 12 nəfər həlak olub. Baki-xeber.com xarici mediya istinadən xəbər verir ki, korrupsiya, işsizlik eleyhinə keçirilən aksiyalarda təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 112 nəfər xəsarət alıb.
Təhlükəsizlik qüvvələrinin etirazçıları dağıtmaq üçün gerçək silahlardan istifadə etdiyi bildirilir.
Başdadda sosial şəbəkələrə giriş bağlanıb. Müdafiə Nazirliyi hökumət binaları və diplomatik korpusları qorumaq üçün tədbirləri artırıb.
Başdadda və daha 3 şəhərdə komendant saatı elan olunub. Baş nazir Adil Abdulmehdi, Başdadda təhlükəsizlik qüvvələrinə, hökumət və şəxsi mülklərə hücum edən provakatorlardan daxili təhlükəsizliyi qorumaq üçün komendant saatı élan etdiyini deyib.
Polis rəsmilərindən biri isə orduya aid zirehli texnikanın “Yaşıl bölgə”nin girişinə yerləşdirildiyini, bölgəyə hücum olacağı təqdirdə buna cavab veriləcəyini deyib.
Bütün ölkə ərazisində komendant saatı élan ediləcəyi gözlənilir.