Putin İrəvanda Köçəryanın həyat yoldaşı ilə görüşdü

Rusiya Prezidenti Vladimir Putin İrəvana səfəri zamanı həbsxanada olan Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həyat yoldaşı Bella Köçəryanla görüşüb.
Baki-xeber.com-un məlumatına görə, bu barədə Sputnik Azərbaycan "168 jam" nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, görüş Rusiyanın Ermənistandakı səfirliyində baş verib. Putin və Köçəryan çay süfrəsi arxasında uzun müddət söhbət ediblər.
Tərəflərin əsas müzakirə mövzusu Robert Köçəryanın həbsi və bununla bağlı hakimiyyətin atdığı addımlar olub.
Xatırladaq ki, Rusiya prezidenti ötən gün Avrasiya İqtisadi İttifaqının Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etmək üçün İrəvana səfər edib. O, İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti Həsən Ruhani ilə görüş keçirib.