22/10/2019 16:01
728 x 90

ABŞ-da “Ukrayna işi” və impiçment qalmaqalı... Pompeo Demokratların Dövlət Departamentinin işçilərini dindirməsinə imkan vermədi

img

ABŞ dövlət katibi Mayk Pompeo, prezident Donald Trampa qarşı impiçment araşdırması çərçivəsində Nümayəndələr Palatasına çağırılan 5 departament əməkdaşını ifadə verməyə göndərməkdən imtina edib.

Baki-xeber.com xarici mediya istinadən xəbər verir ki, Pompeo Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri, demokrat Elliot Engelə göndərdiyi məktubda sözügedən departament əməkdaşlarının ifadə verməyə getməyəcəyini açıqlayıb.

Pompeo məktubda, "Ukrayna ilə bağlı istintaqı aydınlaşmayana qədər" heç bir departament işçisinin ifadə verməyəcəyini bildirib. Dövlət katibi departament işçilərinin, Trampa qarşı impiçment araşdırması çərçivəsində ifadə verməyə çağırılmasını onlara gözdağı vermək məqsədi daşıdığını deyib: "Bu, Dövlət Departamentinin dəyərli işçilərinin gözünü qorxutmaq, onlara qarşı yersiz davranmaq və gözdağı verməkdir".

Dövlət Departamentinin 5 əməkdaşının bu həftə ərzində Nümayəndələr Palatasının komitələrində Trampın Ukrayna prezidenti ilə telefon danışığı ilə bağlı ifadə verəcəyi gözlənilirdi.

Onu da vurğulayaq ki, ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr, Kəşfiyyat və Audit komitələri ayrı-ayrılıqda Trampın vəkili Rudi Ciulianini də "Ukrayna məsələsi" ilə bağlı ifadə verməyə çağırıblar.

Ciuliani hər üç komitə tərəfindən, Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə “Demokrat Con Bayden və ailəsi ilə bağlı araşdırma aparılmasını istədiyi” iddia edilən telefon danışığı ilə bağlı ifadə verməyə çağırılıb.

Həmçinin bildirilib ki, Ciuliani tələb olunan sənədləri oktyabrın 15-dək müvafiq orqanlara təhvil verməlidir.

Qeyd eək ki, Trampın Zelenski ilə telefon danışığında, demokratlardan prezidentliyə namizəd Co Baydenin oğlunun Ukraynadakı fəaliyyətlərinin araşdırılmasını istədiyi iddia edilmişdi. Bunun ardınca, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Trampa qarşı impiçment proseduru başladıqlarını açıqlayıb. Tramp isə iddiaları rədd edərək, Zelenski ilə görüşünün tamamilə qaydalarına uyğun olduğunu bildirib, Ağ Ev isə prezidentlərin danışığının təfsilatını yayımlayıb.

Son xəbərlər