ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr, Kəşfiyyat və Audit komitələri ayrı-ayrılıqda Prezident Donald Trampın vəkili Rudi Ciulianini "Ukrayna məsələsi" ilə bağlı ifadə verməyə çağırıblar.
Baki-xeber.com xəbər verir ki, Ciuliani hər üç komitə tərəfindən, Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə “Demokrat Con Bayden və ailəsi ilə bağlı araşdırma aparılmasını istədiyi” iddia edilən telefon danışığı ilə bağlı ifadə verməyə çağırılıb.
Həmçinin bildirilib ki, Ciuliani tələb olunan sənədləri oktyabrın 15-dək müvafiq orqanlara təhvil verməlidir.