İraq hökuməti PKK yaraqlılarına aylıq haqq ödəyir. Baki-xeber.com xəbər verir ki, “Al Quds al Arabi”nin İraq Müdafiə Nazirliyindəki mənbədən əldə etdiyi məlumata görə, PKK yaraqlıları, Sincar dağında yezidlərin də arasında olduğu gənclərə hərbi təlim keçir və bunun qarşılığında da İraq hökumətində pul alır.
“Al Ərəbiyə” yazır ki, İraq hökuməti Sinjar dağında olan təxminən 2500 yezidi gəncə hərbi təlim keçən 130 PKK-çıya iki ildən bəri aylıq pul ödəyir.
Bildirilir ki, İraq hökuməti yerli hərbi qüvvələrə dəstək və təlim adı altında maliyyə və hərbi dəstək verdiyi PKK-nı Sincarda varlığını qanuniləşdirməyə çalışır.
TAHİR