ABŞ Nümayəndələr Palatasının respublikaçı spikeri Pol Rayan bəyan edib ki, eyni partiyanın üzvü olsalar da, Donald Trampın ABŞ prezidentliyinə namizədliyini müdafiədən çəkilir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The New York Times” qəzeti yazıb.
Amerika parlamentinin aşağı palatasındakı mənbənin qəzetə verdiyi xəbərə görə, Rayan bu barədə səhər konfransında bildirib, cavabında isə Tramp ona palatanın işlərilə məşğul olmağı tövsiyə edib.
“Pol Rayan daha çox büdcənin balanslaşdırılmasına, yeni iş yerlərinin açılmasına və immirasiya məsələlərinə zaman ayırmalıdır, nəinki respublikaçıların namizədini tənqid etməyə”- deyə özünün tvitter səhifəsində Tramp yazıb. Eyni zamanda partiyanın digər üzvləri də Trampın namizədliyinin geri götürülməsinə qarşı çıxıb və Rayanı “tələsik kapitulyasiya”da ittiham edib.
Xatırladaq ki, seçkilərə az müddət qalmış Trampın illər öncə qadınlar haqqında işlətdiyi təhqiramiz ifadənin ortaya çıxarılması Trampın namizədliyinin davam etdirilməsini sual altına alıb. Rayan isə bu sözün onu hövsələdən çixardığını deyib.