Britaniyalı diplomatlar Qırğızıstanda terror təhlükəsinin yüksək olduğunu xəbərdarlıq edirlər. “Regnum” agentliyinin məlumatına görə, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bu ölkədə terror aktı, insanların oğurlanması və girov götürülməsi risqinin artığını bildirib.
Nazirlik Britaniya vətəndaşlarına qarşı təhlükə barədə konkret informasiya olmadığını desə də vətəndaşlarına ictimai yerlərdə sayıq olmağı məsləhət görüb.
“Regnum” agentliyinin məlumatına görə, ABŞ səfirliyi də bundan əvvəl, oktyabrda Qırğızıstanda yerli hakimiyyət orqanları və xarici diplomatlara qarşı terror hücumlarının mümkünlüyü barədə məlumat yayıb.