BMT Baş katibi Pan Gi Mun bəyan edib ki, Suriya prezidenti Bəşər Əsədin günahı üzündən 300 min insan həyatını itirib.
Baki-xeber.com-un “İnterfaks”a istinadən xəbərinə görə, o deyib ki, Əsəd özünü lider kimi təsdiq edə bilməyib, o üzdən də 300 min insanın ölümünə səbəb olub. Bu barədə o, “Deutsche Welle” telekompaniyasına açıqlamasında bildirib. Qeyd edib ki, hazırda Suriyada blokadada olan və çətin əl çatan bölgələrdə 5 milyondan çox insanın yardıma ehtiyacı var.
Pan Gi Mun onu da deyib ki, BMT daha öncə bu məsələlərin həllinə təşəbbüs göstərməli idi.