Moskva ABŞ-la Suriya üzrə əməkdaşlığın bütün formatlarına hazırdır. Baki-xeber.com-un lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bəyan edib. Lavrov deyib ki, Rusiyanın mövqeyi bəllidir və o, istər köhnə, istərsə də yeni formatda Amerika ilə əməkdaşlığa hazırdır. “İndi söz Amerika tərəfinindir və açıq qalan suallara onlar cavab verməlidir, çünki biz heç nəyi yarımçıq qoymamışıq”- o deyib. Qeyd edək ki, Lavrov bu sözləri İstanbula səfəri zamanı səsləndirib. Onu da xatırladaq ki, oktyabrın 3-də ABŞ Rusiya ilə Suriya çözümü üzrə bütün danışıqların dayandırıldığını bəyan edib. Dövlət Departamentinin sözçüsü Con Kirbi durumu şərh edərkən “ABŞ-ın səbri daşdı”- deyə bildirib.