Rusiya XİN sözçüsü Mariya Zaxarova “Layf.ru” onlayn televiziyanın efirində ABŞ dövlət katibi Con Kerrinin ölkəsini hərbi cinayətdə suçlayan açıqlamasına cavab verib.
Baki-xeber.com-un xəbərinə görə, Rusiya XİN sözçüsü dövlət katibini bu tip bəyanatlar verməzdən öncə İraqa, Əfqanıstana, Liviyaya nəzər salmağa dəvət edib. Bildirib ki, yalnız bundan sonra Amerika tərəfi “əllərini yuyub, təmiz əllə Suriya böhranını həll etmək yönündə addımlar ata bilər”.
Zaxarova eyni zamanda bildirib ki, Rusiyanın Suriyada fəaliyyəti sülhün əldə olunmasını hədəf görür.
Xatırladaq ki, daha öncə Kerri Rusiya aviasiyasını məktəb və xəstəxanaları bombalamaqda ittiham etmiş, Rusiya və Əsəd rejiminin bundan ötrü cavab verməli olduğunu bildirmişdi.