İran dövlət televiziyasının rəsmi xəbər buraxılışında ölkədə qalmaqala yol açan xətaya yol verib.
Baki-xeber.com-un “Yeni şafak” qəzetinə istinadən xəbərinə görə, Almaniyanın ətraf mühit naziri Barbara Hendricki kişi sanan telekanal Prezidentin köməkçisi Məsumə Ebtekarın onunla əl tutub görüşməsinə qınayıcı reaksiya verib. Hadisə Alman televiziyasında günün mövzusuna çevrilib. Lakin sonradan xəta baş verdiyi anlaşılsa da, televiziyadan təkzib açıqlaması gəlməyib.