Rusiya Kalininqrad ətrafına “İsgəndər-M” kompleksləri yerləşdirir.
Baki-xeber.com-un “Reuters”-ə istinadən xəbərinə görə, belə bir xəbərdarlıqla ABŞ kəşfiyyatındakı mənbə çıxış edib.
Mənbə onu da əlavə edib ki, komplekslərin sözügedən əraziyə yerləşdirilməsi zərərsiz də ola bilər. “Lakin o da mümkündür ki, bu, NATO-nun fəaliyyətindən narazılıq jesti kimi həyata keçirilsin və sadəcə güc nümayişi olsun”- deyə mənbə bildirir.
Rusiya tərəfi hələlik xəbərə münasibət bildirməyib.