“WikiLeaks” saytı ABŞ prezidentliyinə namizəd Hilari Klintonun seçki qərargahının rəhbəri Con Podestanın şəxsi yazışmalarını dərc edib.
Baki-xeber.com-un gazeta.ru saytına istinadən xəbərinə görə, burada 2060 məktub yer alır. Xəbərə görə, burada Türkiyənin Suriya münaqişəsinin çözümündə, eyni zamanda “İslam dövləti” terrorçu təşkilatı ilə mübarizədə rolu, həmçinin nüvə enerjisi ilə bağlı məsələlər, Klinton Fonduna faydalı qazıntılardan daxil olan ianələrdən bəhs edilir.
Məktubda eyni zamanda vurğulanır ki, İran Türkiyə ilə ABŞ arasında “birləşdirici faktor” ola bilər. Eyni zamanda burada İran, Rusiya və Suriya prezidenti Bəşər Əsəd bu iki ölkənin təhlükəsizliyinə hədə kimi göstərilir.
Lakin Klintonun ofisindən məktubların həqiqiliyi təsdiqlənmir.