Belarus qaz və neft tədarükü üzrə Rusiya ilə danışıqlar prosesindəki gərgin məqamlarla əlaqədar olaraq İranla neft tədarükü barədə danışıqlar aparır. Trend TACC-a istinadən məlumat verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.
Prezident qeyd edib ki, bu aşağı qiymət üçün yaxşı fürsətdir.
Ölkə lideri həmçinin bildirib ki, Rusiya ilə neft-qaz məsələsində yeni təkliflər də yaranıb ki, Belarus güzəştə getməyə hazırdır.