Pentaqon Rusiyanın Suriya ərazisində yerləşdirdiyi ЗРК С-300 zenit-raket komplekslərinə qarşı təhlükəsizlik tədbirlərini gücləndirir.
Baki-xeber.com-un gazeta.ru-ya istinadən xəbərinə görə, belə bir açıqlama ilə Pentaqonun mətbuat sözçüsü Piter Kuk çıxış edib. Xəbərə görə, jurnalistin Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Konaşenkovun C-300-lərin həmin radiusda istənilən tanınmayan uçan obyekt üçün sürpriz olacağını deməsini Rusiyanın hədəsi olaraq qəbul edib-etmədikləri barədə sualının cavabında Kuk deyib ki, istənilən halda bütün təhlükəsizlik tədbirləri görüləcək ki, ekipajlar təhlükəsiz şəraitdə öz tapşırıqlarını yerinə yetirə bilsin. Kuk onu da deyib ki, Suriyadakı terror qruplarının aviasiyası yoxdur, o üzdən C-300-lərin kimə qarşı tətbiq olunmaq üçün Suriya ərazisinə yerləşdirilməsilə bağlı sual Rusiya tərəfinə ünvanlanmalıdır.