İstanbul Yenibosnadakı Polis İdarəsi və Bahçelievler Əsgərlik Şöbəsi yaxınlığında 10 nəfərin yaralanması ilə nəticələnən partlayışı PKK-nın törətdiyi dəqiqləşib.
Baki-xeber.com-un “Yeni şafak” qəzetinə istinadən xəbərinə görə, polis bombalı motosikletin nömrə nişanı ilə sahibini təsbit edib. Nəqliyyat vasitəsinin sahibi isə bir tanışının motosikleti ondan bir işini yoluna qoymaq üçün istədiyini, özünün isə buna etiraz etmədiyini bildirib. Həmin şəxsin kimliyinin araşdırılması ilə onun PKK üzvü olduğu ortaya çıxıb.
Polis İdarəsindən o da qeyd olunub ki, partlayış A3 və ya A4 plastik partlayıcısı ilə törədilib.
Anadolu Agentliyinin xəbərinə görə, partlayışı törətməkdə şübhəli bilinən şəxs saxlanıb. Belə ki, Aksaray polisləri şübhəli bir avtomobili saxlayıb. Avtomobildə olan partlayışı törətməkdə şübhəli bilinən PKK üzvü və yanındakı iki nəfər həbs edilib.